eslində heç biri hər səhər avtobusa mindikləri tərəfdə yaşamırdılar. Oğlan dostugildə qaldığı üçün həmin dayanacaqdan minmişdi, qız ısə isə bacısı gildə. Sırf bir-birlərini görə bilmək üçün hər səhər tezdən evlərindən çıxıb şəhərin taaa o başından həmin dayanacağa gəldiklərini gülə-gülə bir-birlərinə etiraf etdilər bir gün…Universiteti bitirən kimi evləndilər. Xoşbəxt idilər, çox xoşbəxt. Bəzənişsiz, bəzən pulsuz qaldılar. Amma qəlbləri bir-birinə eləbağlı idi ki, heç bir şey gözlərinə görünmürdü. Ayın sonuna güclə çatdıqları zamanlarda da, məşhur bir həkim və məşhur bir memar olduqları zamanlarda da həmişə xoşbəxtidilər.Zamanın aşınmasına uğrayan, alışqanlıqlara çevrilən sevgilərdən deyildi onlarınkı… Günlər günləri, illər illəri qovaladıqca sevgiləri də böyüdü, böyüdü… Tək çatışmazlıqları övladlarının olmaması idi.Çətin bir müalicə kursu keçmələrinə baxmayaraq övlad sahibi olmadıqlarında,"bütün xoşbəxtliklərin bizim olmağını gözləmək naşükürlük olar”— deyərək davam etdilər həyatlarına. Övlad yerinə sevgilərini böyütdülər..."Səninüçün ölümə gedərəm deyərdi Sevda ona sarılaraq"yox, mənsənin üçün ölərəm”deyə cavab verərdi Aqşin.'Real hadisələr üzərində qurulmuş maraqlı bir SevgihekayəsiBəzən evə gələndə aynanın üzərində bir qeyd görərdi Sevda,"Əzizim, kitabxananın ikinci rəfinə bax...”. Kitabxananınikinci rəfində başqa bir qeyd olardı, "Mətbəxdəki stolun üzərinə bax və səni çox sevdiyimi heç zaman unutma”.Mətbəxdəki stoldan yataq otağındakı şkafa qədər sevgi dolu qeydləri oxuya-oxuya gələn qadın, ən sonunda ya bir dəstəgül, ya çox sevdiyi şokoladlar, ya da bahalı hədiyyələrlə qarşılaşardı. Aldığı hədiyyənin nə olması heç də əsas deyildi...Həyat nə qədər sürətlə axırsa axsın, işləri nə qədər gərgin olursa olsun hər zaman bir-birlərinə ayıracaq zaman tapırdılar. Buna baxmayaraq 40 yaşlarına gəldikdə daha az işləməyə qərar verdilər. Aqşin xəstəxanadan ayrıldı və şəxsi müayinə otağında xəstə qəbul etməyə başladı. Sevda isə ofisini bağladı və sadəcə xüsusi layihələrlə işləməyə başladı.Artıq daha çox bir yerdə ola bilirdilər. Bir gün sahildə dolaşarkən xaraba ev gördü Sevda, üzərində"SATILIR” elanına baxaraq "”nə deyirsən, bu evi alaq?” dedi Aqşinə. "Bu xarabanı söküb, üzrəində çox gözəl bir evtikərik. Layihəni artıq beynimdə çəkdim. Çox böyük bir eyvanı olan, qağayıları səhər yeməyinə dəvət edə biləcəyimiz bir dəniz evi...”"Sən istədiyinə mən heç "yox”deyə bilərəm?” – deyə cavab verdi Aqşin. "Amerikadakı tibb konqresindən dönən kimi əmlak məsələlərin ilə mağşul olan adama zəng edərəm. Neçəyə olursa olsun, bu ev bizimdi rartıq...”Sadəcə 1 həftə ayrı qalacaqlarını bilsələrdə,ayrılmaları çox çətin oldu. Hər gün, hər saat danışdılar telefonda. Göz yaşları içində qucaqlaşdılar aeroportda. Ancaq bir neçə gün sonra həyat yoldaşında birqəribəlik olduğunu hiss etdi Sevda. Əvvəlki kimi xoşbəxt görünmür, danışmaqdan qaçırdı. Onun kefini açmaq üçün sahildəki evi yadına saldı və çəkdiyi layihəni verdi ona,amma heç gözləmədiyi bir cavab aldı: "Canım, o ev bizim büdcəmizə uyğun deyil. Ən yaxşısı onu unut...”Xoşbəxtliyin dadına öyrəşmiş insanlara bu kimi hallar daha da çətingəlir.Real hadisələr üzərində qurulmuş maraqlı bir Sevgi hekayəsi .Sevdaya heç xoş gəlmədi gözlənilməyən cavab. Dərdini deməsi üçün yalvardı Aqşinə, "sənin üçün ölərəm, bilirsən,xahiş edirəm danış” – deyə dil tökdü boş yerə… İllərdi sevdiyi adam duyğusuz, sevgisiz biri ilə yer dəyişmişdisanki. Ona yaxınlaşmağa çalışdıqca, beton divarlara çırpılırdı elə bil. Hər çırpılanda daha çox qanayırdı ürəyi...Bir gün uşaqlığının, gəncliyinin və bütün həyatının birliktə keçdiyi rəfiqəsi ilə dərdləşərkən, "artıq dözə bilmirəm, sənə deməliyəm bunu” — deyə sözünü kəsdi rəfiqəsi. "O, səni aldadır. İş yerimin düz qarşısındakırestoranda gənc bir xanımla hər gün nahar edir. Sonra dabir-birlərinə sarılıb maşına minirlər...”"Sus! Sus! Eşitməkistəmirəm bu yalanları” – deyə bağırdı Sevda. Neçə illikrəfiqəsini onun xoşbəxtliyini qısqanmaqla günahlandırdı...Ertəsi gün nahar vaxtı o restoranın qarşısında bir küncə sıxıldı səssizcə və pəri nağıllarının sadəcə nağıl olduğunu başa düşdü… Həyat yoldaşınınəvvəllər eyni xəstəxanada işlədiyi gənc tibb bacısını tanıdı o saat. Bəzən evlərinə qonaq gələn qadına necə sarıldığını gördü Aqşinin...Axam həyat yoldaşı evə gələr-gəlməz bəzən bağıraraq, bəzən ağlayaraq, bəzən ona möhkəm-möhkəmsarılaraq, bəzən də yumruqlayaraq söylədi üzünə hər şeyi.İnkar etmədi Aqşin. Zamanla hisslərin dəyişə bildiyini,insanların orta yaşa çatdıqda fərqlilik axtardığı kimi bir neçə bəhanə sadaladı və çemodanını götürün çıxdı evdən.Qapıdan çıxarkən "son bir dəfə qucaqlamaq istəyirəm səni”– dedi, amma Sevda "rədd ol” – dedi nifrətlə...Real hadisələr üzərində qurulmuş maraqlı bir Sevgi hekayəsi .İlk andaca boşandılar… Leyli və Məcnunun belə həsəd apara biləcəyi müasir bir eşq macərasının belə sonlanmasına heçkim inana bilmirdi. Dostlarının dəstəyi ilə ayaqda durmağa çalışdı qadın. Aqşinin sevgilisi ilə birgə Amerikada yaşadığını öyrəndi. Bəzən tək qaldığında onu hələ də sevdiyini hiss edincə, ağlamaq krizisi keçirir, sevgisinin yerini ən az onun qədər nifrətin əvəz etməsi üçün dua edirdi. Aradan bir il keçdi… Hər şeyin dərmanı olduğu söylədiyimiz zaman belə Sevdanın dərdinə əlac olmamışdı.Bir səhər dayanmadan çalınan qapı zənginə oyandığında,qarşısında o qadını gördü. "Sən buraya nə üzlə gəlmisən?” –deyə bağırmaq istədi, amma səsi çıxmadı. "Xahiş edirəm,içəri girməyimə icazə ver, mütləq danışmalıyıq” – dedi gəncqız. Divanda oturdu və çətinliklə eşidiləcək bir səslədanışmağa başladı:"Hər şey göründüyü kimi deyil əslində.Çox ağrılıdır, amma Aqşin 1 saat əvvəl öldü. Keçən ilAmerikadakı konqresə getdiyi zaman öyrəndi xəstəliyini vətəxminən 1 il ömrü qaldığını. Buna sənin dözəbilməyəcəyini, hər zaman dediyin kimi onunla birlikdə ölməkistəyəcəyini bilirdi. Səni özündən uzaqlaşdırmaq üçünməndən sevgilisi rolunu oynamağımı istədi. Ailəsinə dəxəbər vermədi. Bir yerdə Amerikada yaşadığımız yalanınıyaydı. Amma özü ilk qarşılaşdığınız avtobus dayanacağınınqarşısında bir ev tutmuşdu. Müalicə alır və sağalacağınainanırdı. Amma olmadı.Real hadisələr üzərində qurulmuş maraqlı bir Sevgi hekayəsi .Gecə halı pisləşib, baxıcı mənə zəng etdi, son anda çata bildim. Sənə bu qutunu verməyimi istədi...”Gözlərindən axan yaşları dayandıra bilməyəcəyini bilirdi Sevda. Elə burdaca ölmək istəyirdi. Əlindəki qutunu açdı, xüsusi diqqətlə bükülmüş xeyli sayda kağız var idi içində. İlk kağız parçasında "xahiş edirəm, bu kağızları sıra ilə oxu, sevgilim”– yazılmışdı… Sıra ilə oxudu; "Sən çox sevdim”, "Səni sevməkdən heç zaman usanmadım”, "Sənin üçün ölərəm deyirdin hər zaman, doğru söylədiyini bilirdim”, "Ancaq mənim üçün ölməyini istəmədim”, "İndi mənə söz verməyini istəyirəm”, "Mənim üçün yaşayacaqsan, oldumu?”.Sonkağızı götürəndə qutuda bir açar olduğunu gördü Sevda… və son kağızda bu yazılmışdı:"Sahildəki evimizi sənin çəkdiyin layihə üzrə tikdirdim. Böyük eyvanda qağayılarla səhər yeməyi yeyərkən hər zaman səni izləyəcəyəm...”
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 19