Nurayın fəryadı...
Sosial şəbəkələrdə 10 yaşlı Nurayla bağlı video geniş müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, görüntülərdə Nurayı və anasını illər əvvəl tərk edən atasına məcburi verilməsi yer alıb.
Kadrlardan görünür ki, Nurayı xalasından zorla ayırmaq istəyirlər. Quba məhkəmə icraçıları onun azyaşlı olmasını belə nəzərə almır.
Artıq minlərlə sosial şəbəkə istifadəçisi ürək ağrısıyla qızcığazın fəryadını əks etdirən videonu paylaşıb. Onların arasında millət vəkili Qənirə Paşayeva da var. O da digərləri kimi sözügedən kadrları sona qədər izləyə bilmədiyini qeyd edib:
"Neçə dəqiqədir özümə gələ bilmirəm. Lütfən,uşaqlarla belə davranmayın. Təcili olaraq rayonun bu məsələyə