Şeytanın (lən) düşmənləri kimlərdir?
Şeytanın (lən) dostları olduğu kimi, qatı düşmənləri də vardır ki, onları tanıyaq. Həzrət Peyğəmbər (s) şeytandan (lən) xəbər alır: “Mənim ümmətimdən sənin düşmənlərin neçə dəstədir?”. Məlun deyir: “22 dəstə. Mən onların əlindən əziyyət çəkirəm və ürəyim onların əlindən qanla doludur.
1. “Biri sən özünsən. Mənim ən qatı düşmənim - sənsən. Mən əvvəldən səninlə düşmən idim, sonra da olacağam. Sənin mənimlə olan düşmənçiliyin heç bir zaman sülh və səfaya çevrilməyəcəkdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Mənimlə niyə düşmənsən?”. Şeytan (lən) deyir: “Ona görə ki, Qiyamət günü günahkarlara şəfaət edəcəksən, mənim zəhmətimi zay və ümidimi qət edəcəksən”.
2.
İmam Əli (ə) buyurur :"Özünü bəyənməkdən, səni təkəbbürə sövq edən şeylərə uyub güvənməkdən, tərifə meyl etməkdən çəkin. Çünki bunlar ehsan sahiblərinin ehsanını yox etmək, əcrlərini məhv eləmək üçün Şeytanın güddüyü fürsətə yol açan şeylərdir."
Peyğəmbərin (s) süd anası Həlimə Xanımın xatirələri
1-Həzrət Peyğəmbərin (s) həyatı başdan-başa istər besətdən qabaq, istərsə də besətdən sonra, hətta uşaqlıq dövründə əsrarəngiz hadisələrlə zəngindir. Həlimə bu uşağa süd verdiyi dövrdən həmin hadisələrə şahiddir. İlk dəfə Əbdül Mütəllib körpəni Həliməyə verəndə o yaxasını açıb sol döşünü körpəyə verdi. Onun sağ döşündə süd yox idi. Lakin uşaq imtina edib, sağ döşə meyl etdi. Həlimə yenə də sol döşünü vermək istədi, yenə də körpə sağa meyl göstərdi. Həlimə qorxdu ki, körpə sağ döşdə süd olmdığını görüb sol döşü də əmməsin. Uşaq tə’kid sağ döşü əmməyə başladı və illərcə süd görməmiş döşdə bolluca süd yarandı. Bu həzrətin (s) meylinin bərəkəti