Susarsan bəzən...Çünki sussan canının yanmadığını düşünərsən,amma susduqca daha çox yandırarsan. Düşünərsən,düşündükcə içinə qapanarsan. Nə yağan qar vecinə olar,nə də ki soyuq sən sadəcə bir boşluğu və bu boşluğun içindəki özünü axtararsan....
TəbəssüM
Hər şeyi təbəssümlə qarşılayan bir adamdan bir gün yaxınları:
-Həyatda uğur qazandığın üçün həmişə təbəssüm edirsən? –deyə soruşdular.Adam isə həmişəki kimi yenə təbəssümlə:
-Yox yanılırsınınz.Mən həyatda uğur qazandığım üçün həmişə təbəssüm etmirəm.Əksinə,təbəssüm etdiyim üçün həmişə uğur qazanıram,-deyə cavab verdi...