sən getdin ürəyim səninlə qaldı,
gözlərin ağlımı başımdan aldı.
qəlbimi tapdadin keçdin, halaldı,
məndən istədiyin nəydi vəfasız?
anladım səndəki sevgi qurtarıb,
səndə sevmək üçün ürək olmayıb.
sevgimiz hələ 5 yaşa dolmayıb,
məndəki sevgi də bitdi vəfasız.
mən səni səmimi qəlbdən sevmişdim,
bəlkədə o məni sevər demişdim.
sən isə çox dərin bir söz demişdin,
o sözün qəlbimə dəydi vəfasız.
eşitdim yaxında nişanlanmısan!
incə barmağına üzük taxmısan!
bilirsən dünyamı necə yıxmısan?
qəlbimin günahı nəydi vəfasız?
sanki mən yatmışdım indi oyandım,
biraz fikirləşib sonra dayandım.
əvvəldən sonacan yalnız mən yandım,
zülmət bir həyatı seçdim vəfasız.
bilmirsən qəlbimdə böyükdür dərdim,
keçmişə dönsəydim yenə sevərdim.
bəlkədə dəyişər səndə sevərdim,
amma bu son oldu bitdi vəfasız.
Ağlımı almısan dəli olmuşam,
Yalnız sən baxmısan, mən vurulmuşam.
Şikayət etsəmdə sənsiz qalmışam,
Elimdən heç bir şey gəlmir vəfasız.
Ah çəkdim nafilə, işə yaramır,
Yükü ağır gəldi qəlbim daşımır.
Şirin bir yuxudan acı oyadır.
Eslində acida sənsən vəfasız!
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 10