Iki dost söhbət edir. Biri soruşur : - Görən həyatın mənası nədir ? Dostu cavab verir : - Bilirsən, keçən il bizim işimiz yox idi, təsüdüfi işlə başımızı qatırdıq. Ac qalan, yatmağa yerimiz olmayan günlərimiz də olub. Amma o zaman həyatın mənasını axtarmırdıq. Ancaq indi daimi işimiz var, maaşımız pis deyil, yaşamağa yerimiz də var. Amma indi həyatın mənasını axtarırıq. Belə çıxır k, çətinliyimiz olanda həyatımızın mənası var idi, ancaq indi işlərimiz qaydasına düşəndə yoxdur ? Nədir , onu itirib, əvəzinə iş, qalmağa yer, rahatlıq tapmışıq ?
Bir dəfə çox varli bir insan çox kasıb insanların necə yaşadığını göstərmək üçün oğlunu kəndə aparır. Onlar bir neçə gün doğrudan da çox kasıb yaşayan ailənin evində qalırlar. Geri qayıdanda atası oğlundan səfərin xoşuna gəlib-gəlmədiyini soruşur. "Hər şey çox əla idi, ata !" - deyə oğul cavab verir. - Sən gördünmü kasıb insanlar necə yaşıyır ? - Əlbətdə ! - De görüm, sən nə başa düşdün ? Oğul cavab verdi : - Mən gördüm ki, bizim bir, onların isə dörd iti var, pişiklərin isə sayı- hesabı yoxdur. Bizim həyətin ortasında hovuz var, onların isə çay qırağında ucu-bucağı görünməyən sahilləri. Bizim evdə çılçıraqlarımız, onların isə ulduzlu göyləri var. Bizim böyük həyətimiz, onların isə çölləri,
Hər bir şəxsin öz bayrağı, öz himni, öz ərazisi, öz dövləti, öz Prezidenti olmalıdır. Çox istəyirəm mənim ölkəmin bayrağı, Azərbaycan Respublikası himninin sədaları altında, mənim doğma Qarabağ torpağımda, müstəqil Azərbaycanda "Mənim Prezidentim", İLHAM ƏLİYEV-lə dalğalansın.
ILHAMLA IRELI. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!. Ilham eliyev.