Yolumdan bir qadin keçdi…
Qucağinda körpə qizi.
Himə bənddir,
Söz soruşsam
Zülüm- zülüm ağlayacaq.
Bu yaz günü qadin elə titrəyir ki..
Sanki qişdi
Qar altinda vücudunu kəsir sazaq.
Simasinda bir vicdansiz zərbəsinin əl izləri,
Hələ qorxu tərk etməyib
Aci dolu o gözləri.
Qoynundaki körpəsinə siğinibdi.
Bu mələyin
O saf, məsum gülüşüylə ovunubdu.
Sol əlinin arxasiyla gözlərindən yaşi silir.
Kimsəsizlik ona elə güc gəlib ki,
Qoynundaki, qoruduğu o körpəni arxa bilir…
Yolumdan bir qadin keçir…
Ağir –ağir…
Sanki daşdi ayaqlari
Adlayib gəlib illəri.
Bu dünyanin ağirliğin saxlayibdi
Onun zərif çiyinləri.
Əllərindən tutb çəkir o, balaca övladini,
Tək bir ola bağilayibdi arzusunu, muradini.
Həyat ona
Sene cox can dedim ey can,can olub neynemisen? deme canan ozuve canan olub neynemisen? Deme imkanim olanda seni yad eyliyerem , o qeder furset olub, imkan olub neynemisen? DERMANIM olsada sende OLEREM istemerem. sende her derdime her derman olub neynemisen ?