QURAN ÖLÜLƏR ÜÇÜN DEYİL, DİRİLƏR ÜÇÜNDÜR.
"Ölü üçün" oxunan Yasin surəsi 70 - ci ayədə "dirilər üçün..." deyilir. Fatihə surəsində isə "Biz yalnız Sənə ibadət edər və yardımı da Səndən diləyərik. Bizi doğru yola yönəlt!" deyə dua etməyimiz istənilir. Öldükdən sonra hansı ibadətdən söz gedə bilər? Və ya ölü necə doğru yola yönələcək. Bütün ibadətlər ölən günə qədərdir. Quranın da ifadəsi ilə "ölüm gəlib çatıncayadək" bizdən salih əməl üzrə olmağımız, sədəqə verməyimiz, bizə verilən ruzidən infaq etməyimiz istənilir.Allah Quranı onunla əməl edə biləcək vəziyyətdə olan dirilərin oxuması və əməl etmələri üçün endirdi: "(Quran) diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin" (Ya