Bəzən insan özünü o günün qəhrəmanı hiss edir. Mənim elə günüm bu günümdür.Amma nədənsə, öz ad günümdə qəribə hisslər keçirirəm. Ad günümdə, bütün yaşadıqlarım, kino lenti kimi gözümün önündən gəlib-keçir.Bir anlıq geriyə, ötən illərə boylanıram. Bu illər ərzində nələr qazanmışam, nələr itirmişəm. Görəsən niyə? Hamıdamı belə olur?...Uşaqlıqda hamıdan tez böyüməyi istədiyim halda, niyə indi kövrəlirəm? Bəlkə qayğı və məsuliyyətdən qurtarmaq üçün?Həyatımda şirinli - acılı günlərim olub, amma həyatı, yaşamağı, səbr etməyi, sevməyi-sevilməyi bacarmışam. İnsan elə yaşamalıdır ki, geriyə baxanda peşman olmasın, xəcalət hissi keçirməsin. Əksinə, yaşadıqları ilə qürur hissi keç irsin.Bu gün mənim ad günümdür.18+ YaW, ..Zəng edirlər, təbrik edirlər, deməli, məni az - çox istəyənlərim var. Əzizlərim var. Sizlər varsınız, mənim Qardaslarim.Amma qəlbimdə bir hüzn var: "İllər nə tez keçdi" deyirəm özüm-özümə.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1
Mütləq Dinləyin Dostlar
https://www.youtube.com/watch?v=sjCtbejgNBg