Bağlaya Bilsən De kim saxlayacaq məni bu yoldan? Bağla yollarımı, bağlaya bilsən. Əl açıb məhəbbət dilənmədim ki, Bağla qollarımı, bağlaya bilsən. Bu sevgi köhnədir, bu ülfət yeni, Bal bilir sən verən qüssəni, qəmi. Öldürsən, ruhum da sevəcək səni Bağla dillərimi bağlaya bilsən. Dənizəm, dalğama bərən düşübdü, Saçların kəmənddir, görən, düşübdü, Güllərim bağçamda pəran düşübdü, Bağla güllərimi, bağlaya bilsən. Gün gələr, inadım hey yorar səni, Həsrət mənim kimi soldurar səni, Kor olsam əllərim axtarar səni Bağla əllərimi, bağlaya bilson. Sevgisiz bir ürək, evsiz yetimdi. Sənsiz yaşamağım, mənə çətindi, Bu dünya əvvəldən ölüm-itimdi, Ağlayarsan mənə, ağlaya bilsən.
Bir Qıza Bu gün də yolumdan saxladın məni, Yenə də eyhamlar işini gördü. Az qaldı ürəyim yara sinəmi, Qəzəb qanadını üstümə sərdi... Bir kədər dumanı məni bürüdü, Yığdı gözlərimə nifrəti, külü. Üstündə hər cürə daş-qaş var idi Zərgər dükanının vitrini kimi. Itərəm gozündən mən ilim-ilim, Atandan danışma, heç yeri deyil. Atan kabinetdə nazirdi, gülüm, Mənim ürəyimin naziri deyil. Saxta şöhrətlərə düşmənəm, yadam, Simüzər görürəm qayəndə sənin. Bir də həqiqəti bil ki, mən adam Olmaq istəmirəm sayəndə sənin... Dünyanı görmüşəm clə bir donda, Demirəm sevincdən dərd böyük olub, Sənin ciblərinə pul yük olanda Mənim ciblərimə əlim yük olub!.. Yox, yox! Varlı olmaq ey