Çox ibrətli hekayə Tövbə qapıları açıqdır.Yetər ki insan təvbə etsin.Uca Allah həmişə tövbə edənləri gözləyir. Gözləri yaşardan hekayə Malik ibn Dinar məşhur tabiinlərdən (Peyğəmbər - Ona Allahın salavatı və salamı olsun - və onun səhabələrindən sonrakı nəsil) olmuşdur. O öz əxlaqı və Allaha itaəti ilə seçilən, insanlara Allahın və Onun elçisinin hökmlərini öyrədən fəzilətli insan idi. O, Hindistanda İslamın yayılmasında böyük rol oynamış və orada ilk məscidi tikmişdir. Bir gün o, öz keçmişi və necə tövbə etməsi haqqında danışaraq demişdi: Mən gəncliyimdə çox qəddar və zalım, həm də çox içki içən, Allaha asi bir qul idim. Bu xüsusiyyətimə görə hətta evlənmək üçün heç kim qızını mənə vermirdi