:
Nə üçün şiələr “Ya Rəsuləllah”(s), və ya “ya
Əli”(ə) deyərkən vehabiler e’tiraz edir və bildirir ki,
dünyadan getmiş adamı çağırmaq şirkdir və təkcə
“ya Allah” demək olar? Cavab: Bu e’tirazları
doğuran İbn Teymiyyə və İbn Bazın “ölüləri
çağırmaq şirk və küfrdür” kimi sözləridir. Əvvəla
müsəlmanlığın me’yarı şəhadət kəlmələri
deməkdir. Həmin kəlmələri deyən şəxsin canı və
malı möhtərəmdir, həm də insan belə sözlər
deməklə dindən çıxmaz. “Səhihe Buxari”də Ömər
ibn Xəttabdan nəql olunur ki, Peyğəmbər (s)
buyurdu: “Mən xalq “la ilahə illəllah” deyənədək
onlarla vuruşmağa mə’muram. Kim “la ilahə
illəllah” desə malı və canı amandadır...” Bu
rəvayət “Səhihe Müslim”də də nəql olunmuşdur.
“Səhihe-Buxari”də belə bir rəvayət də nəql
olunmuşdur: “Allahın Rəsulu (s) Bədr döyüşündə
öldürülmüş iyirmi dörd nəfərin cəsədini Bədr
quyularından birinə atmağı əmr etdi. Üç gündən
sonra səhabələri ilə buradan keçərkən quyuya
yaxınlaşıb onları adbaad çağırdı və buyurdu: “ Əgər
Allaha və onun rəsuluna itaət etsəydiniz, şad
olmazdınızmı? Həqiqətən də, biz Allahın və’d
etdiyini tapdıq. Siz də Onun və’d etdiyini
tapdınızmı?” Ömər Peyğəmbərdən soruşdu ki,
cansız cəsədlərləmi danışır? Həzrət (s) buyurdu ki,
and olsun o kəsə ki, Məhəmmədin canı onun
əlindədir, dediyim sözləri onlar sizdən daha yaxşı
eşidir.” Başqa bir rəvayətdə nəql olunur ki, Allahın
Rəsulu (s) qəbir ziyarətində ölülərə xitabla
buyururdu: “Salam olsun sizə, ey qəbir əhli...”
Digər bir rəvayətdə nəql olunur ki, Ömərin oğlu
Əbdullah Peyğəmbəri (s), Əbu Bəkri və Öməri
ziyarət edərkən dedi: “Əssəlamu ələykə ya
rəsulallah, əssəlamu ələykə ya Əbu Bəkr, əssəlamu
ələykə ya əbəta” Qeyd edək ki, dünyanın bütün
müsəlmanları namazın təşəhhüdündə deyirlər:
“Əssəlamu ələykə əyyuhənnəbiyy”, yə’ni “salam
olsun sənə, ey Allahın rəsulu.” İbn Teymiyyə və İbn
Bazın sözlərindən belə çıxır ki, hər gün namazda
Peyğəmbərə (s) salam göndərən müsəlmanlar
müşrik və kafirdirlər. menbeler: “Töhfətul-ixvan”,
Ben Baz, Ben Baz, s. 18 “Səhihe-Buxari”,
istitabətul-mur təddin, s.1193, hədis 6924.
“Səhihe-Müslim”, kitabul-iman, s. 73, hədis 20-23.
“Səhihe-Buxari”, kitabul-məğazi, s. 671, hədis
3976. “Səlatul-mumin”, əl-Qəhtani,, əl- Qəhtani, s.
139, hədis 153.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев