Bir gün bir qız gördüm parkda. Oturacaqda tək əyləşib dənizə baxırdı. Gözlərində kədər vardı. Sanki kimisə gözlüyürmüş kimi gözlərini dənizdən çəkmirdi. Yaxınlaşdım
- Salam
- Salam
- Yanınızda əyləşsəm narahat etmərəm sizi?
- Mənə görə narahat olma, narahat etmirsən
- Olar bir söz soruşum? Söz verirəm get dediyiniz anda çıxıb gedəcəm
- Buyur
- Gözlərinizdə kədər gördüm yəqin ki bunun bir səbəbi var. Demək istəmərsiz?
- İstəmirəm öz dərdimlə sizidə dərdə salım
- Yox. Bəlkədə öz dərdimi unutmuş olaram
Üzünü dənizə tərəf tutub dedi:
- Mən anamın üzünü görməmişəm, hələ çox balacaydım anam rəhmətə gedəndə. Nə bacım var nədə qardaşım. Tək atam böyüdüb məni, imkanımız yaxşı olub. Nişanlamışdı atam