GÖRÜŞÜNƏ BİR NƏFƏSƏ GƏLİRƏM
Sevincimdən yerə-göyə sığmıram,
Ürək düşüb bir həvəsə, gəlirəm.
Yaxın gəlir aramızda məsafə,
Cığırları kəsə-kəsə gəlirəm.
Görüşünə bir nəfəsə gəlirəm.
Ayağımın altın görmür gözlərim,
Gücə gəlib yorulmayır dizlərim,
Ürəyimi yara edib sözlərim,
İçimdəki həmin səsə gəlirəm.
Görüşünə bir nəfəsə gəlirəm.
Gözlərimi yenə eşqim bürüyür,
Həsrətindən yazıq canım çürüyür,
Utanmadan uşaq kimi yürüyür
"Dur get" deyir mənə nəsə, gəlirəm.
Görüşünə bir nəfəsə gəlirəm.
Bir istilik hərarət var canımda,
Adın keçir zamanımda, anımda,
Şəkillərin gəzdirirəm yanımda,
Ürəyimlə girib bəsə gəlirəm.
Görüşünə bir nəfəsə gəlirəm.
Xəyalındı, xəyalımda qonağım,
Gözlərindi zülmətlərə çırağı
GƏLƏN GÖRÜŞLƏRƏDƏK
Dilim sözə uyuşmur,
Əlim şeirə yatmır.
Yuxularda görüşmək
Daha başımı qatmır.
Hər tərəfə baxıram,
Gözüm səni arayır.
Həsrətin tumar çəkib
Saçlarımı darayır.
Cismimdə "ürək" adlı,
Xaraba bir məkan var!
Nə gözlərimdə gülüş,
Nə də canımda can var!
Yoxluğun nəymiş belə?
Alışa da bilmirəm.
Ta küsmüşəm tanrıdan
Barışa da bilmirəm.
Qismətimə yazmadı,
Bəs niyə Allah səni?!
Dua etdim, hər zaman
İstədim vAllah səni.
Yoxa çıxıb üzümdən,
Şirin gülüşlərədək.
Əlvida yazammıram
Gələn görüşlərədək...
Eltun Mehdioğlu
SEVGİDƏN EV
Sevgimizlə bir ev quraq,
Mən səni, sən də məni sev.
Xoşbəxtliyin yolun tapaq,
Sevgimiz olsun bizə ev.
Gəl birlikdə xoşbəxt olaq.
Bir döyünsün ürəyimiz,
Vüsal ömürdə dad olsun.
Bir olsun eşq mələyimiz,
Qəm-kədər bizə yad olsun.
Gəl birlikdə xoşbəxt olaq.
Bir ömürlük, yanımda ol.
Ömrüm deyim, canım deyim.
Sən mənə Bəyim deyəndə,
Mən də sənə Xanım deyim.
Gəl birlikdə xoşbəxt olaq.
Xoş keçsin hər zamanımız,
Məhəbbətdən güc alarıq.
Ağardarıq saçımızı
Bir kümədə qocalarıq!
Gəl birlikdə xoşbəxt olaq.
Eltun Baba Mehdioğlu