MƏNİ DƏ BƏYƏNİN...
Səni bəyənməyən özün bəyənməz,
Niyə bəyənməyək, ay atam oğlu?
Taleyin, qismətin gətirib belə,
Niyə bəyənməyək, ay atam oğlu?
Hələ görəcəyin günlər qabaqda,
Hələ quru çörək azdı tabaqda,
Hələ qulaq asmır sənə ulaq da
Niyə bəyənməyək, ay atam oğlu?
Kaş bütün oğullar sənə tay ola,
Hər kəsə sənin tək şirin pay ola,
Pis odur, milyonu ola, zay ola,
Niyə bəyənməyək, ay atam oğlu?
Sənin taleyinin ədası zalım,
Məlul baxışından pis oldu halım.
Sənin tək oğulun qadasın alım,
Niyə bəyənməyək, ay atam oğlu?
Gün gələr çatarsan arzularına,
Dönərsən ocağın şirin barına.
Yaradan son qoyar intizarına,
Niyə bəyənməyək, ay atam oğlu?..
Nəriman Nərimanlı
30.08.2013