Müasir dövrdə teleqraf əlaqələri müəyyən inkişaf mərhələlərindən keçərək informasiya-kommunikasiya texnologiyalarına çevrilib və bu texnologiyaların hər bir sahədə meydana çıxan məlumatların toplanmasında, emalında və ötürülməsində mühüm rol oynayır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi zərurəti indiki qloballaşma dövründə daha çox hiss olunur və bu texnologiyaların sürətlə inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. Bəşəriyyətin yeni inkişaf dövrünə qədəm qoyması yeni cəmiyyətin formalaşmasını da labüd edir.
Beləliklə, zamanın tələbi ilə informasiya və texnologiya əsrində cəmiyyət də informasiyalaşdırılıb. Başqa sözlə desək, informasiya cəmiyyəti və ya informasiyalı cəmiyyət təşəkkül tapıb. İnformasiya cəmiyyətinin əsas məqsədi, bütövlükdə cəmiyyətin və ayrı-ayrı şəxslərin informasiya tələbatını ödəmək üçün müasir informasiya texnologiyaları bazasında müxtəlif təyinatlı informasiya resurs və fəzalarının formalaşdırılmasıdır. Bu gün İnformasiya Cəmiyyəti mahiyyət etibarı ilə qlobal xarakter alıb. Hətta bu cəmiyyətin şərəfinə yeni bir təqvim də təsis edilib. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2006-cı ildə 17 may tarixini “Ümumdünya İnformasiya Cəmiyyəti günü” elan edib. Bu günün may ayının 17-də qeyd olunmasının tarixi səbəbləri var: məhz həmin gün 1865-ci ildə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) (International Telegraph Union - ITU) yaradılması haqqında müqavilə imzalanıb. Belə bir İttifaqın yaradılmasının əsas məqsədi həmin dövrə məxsus teleqraf əlaqələri üçün vahid standartları müəyyən etmək idi.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев