Zəngəzur 1920-ci ildə Ermənistana verilibsə siz ermənilərlə nə vaxt və harda qonşu olmusunuz? Ermənilərin min illik tarixi olmadığını bilin heç olmasa. Siz ancaq insanlara əyilib, agent işləməyi öyrədirsiz!
İranın Azərbaycana qarşı onillərdir davam edən siyasəti hər zaman hansısa ifadələr və ibarələrlə ört-basdır edilib: ancaq Vətən müharibəsi gedişində İran bütövlükdə öz simasını ortaya qoydu.
Xatırlayıram:
- İran ordusu Xudafərin ətrafında Ordumuzun önünə çıxmış, onun hücumunu ləngitmiş, guya anlaşılmazlığı aradan qaldırmağa çalışmış, nəticə etibarilə qaçan ermənilərin vaxt qazanmasına və toparlanmasına səbəb olmuşdu;
- Gürcüstan Rusiyadan Ermənistana silah daşınmasının qarşısını almaq üçün Rusiya hərbi nəqliyyat təyyarələrinə hava məkanını bağlamışdı, İran isə Ermənistana silah daşınmasında çox aktiv rol oynayırdı. Görüntülər də yayılmışdı: sərhədə yığılan yüzlərlə yük maşınının üzərində hərbi texnikalar Ermənistana daşınırdı;
- İran müharibə zamanı və müharibədən sonra Ermənistanın yanacaqla təmin olunmasında müstəsna rol oynayırdı. Həm də yalnız Ermənistanı deyil, müharibədən qısa müddət sonra İran yük maşınlarının Xankəndidəki separatçı tör-töküntülərinə yanacaq daşıdığı ortaya çıxdı;
- İran şirkətlərinin həm işğal zamanı, həm də Vətən müharibəsindən sonra rus sülhməramlıların məsuliyyət zonasında məskunlaşma aparan ermənilərə tikinti materialları ilə yardım etdiyi də medianın üzə çıxardığı faktlardandır...
İran 30 illik işğal dönəmində Ermənistanın əsas iqtisadi dayağı olub: Azərbaycanın blokada siyasəti və Ermənistanı iqtisadi baxımdan çökdürmək, işğal siyasətindən imtinaya vadar etmək təşəbbüslərinin böyük ölçüdə uğur qazanmasına hər zaman İran mane olub. İran Ermənistana yalnız siyasi dəstək göstərməyib, iqtisadi yardımları ilə bu ölkənin işğalı davam etdirməsinə vəsilə olub.
İran Azərbaycana molla-təbliğatçı göndərib, burdan müxtəlif adlarla “nəzir-niyaz” yığdırıb, Ermənistana isə yanacaq, qida, tibb ləvazimatları hədiyyə edib – aşkarda; digər məxfi yardımların da olduğu ehtimalı çox yüksəkdir.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 2