“Parlament seçkilərinə əvvəldən nəzər salanda ümumi olaraq builki seçkiləri tam bir biabırçılıq adlandırmaq olar. Seçkilərdən əvvəl olan müşahidələr onu deməyə əsas verir ki, bu prosesə seçki adını vermək seçki sözünə hörmətsizlikdir. Həm beynəlxalq təşkilatların saxta seçkiləri boykot etməsi, həm də xalqımızın seçkiyə gəlməməsi prosesin “siyasi bazar”olduğunun göstəricisidir”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP-nin Suraxanı rayon şöbəsinin sədri Vüsal Bayramov Azərbaycanda keçirilən parlament seçkilərinə münasibət bildirərkən deyib. Vüsal Bayramovun sözlərinə görə, hakimiyyətin tərtib etdiyi və qabaqcadan bilinən deputat siyahisi bu dəfə də saxtakarliqla Milli Məclisə yerləşdirilib: “Hər