Üzündə təbəssüm, yanağında xal,
Saçları şəlalə, qaşları hilal,
Əlimdən dincliyi alıb bu sual,
Görəsən sevərmi o qadın məni?
Desəm saf duyğudan əlamətdi bu,
Qəlbimin hökmüdür məhəbbətdi bu
Görsə yalan deyil həqiqətdi bu
Görəsən sevərmi o qadın məni?
Sevgi baxçasından ona gül dərsəm
Gəzdiyi yollara xalı tək sərsəm,
Sevən ürəyimi hədiyyə versəm
Görəsən sevərmi o qadın məni??
Yazımı oxusa, dodağı qaçsa,
Gözü gülümsəyib üzü gül açsa,
Sevinib fərəhdən göylərə uçsa
Görəsən sevərmi o qadın məni??
Ramin,onun ilə ünsiyyət nə xoş
Şəninə şeir yaz, nəğmələr də qoş
Bilsə tək tənhayam, ürəyim də boş,
Görəsən sevərmi o qadın məni??
Ramin Əhmədoğlu...