İmam Əli (ə):
“Bal bütün dərdlərin dərmanıdır, özündə isə heç bir dərd yoxdur. O, bəlğəmi azaldır və ürəyi nurlandırır”.
— Məkarimul-əxlaq, c. 1, səh. 359
Alimlərdən biri karandaşla bir şeylər yazırdı...
Nəvəsi soruşdu:
-Nə yazırsan?
Alim gülümsədi və dedi:
-Yazdığımdan daha önəmlisi yazdığım karandaşdır. İstəyirəm böyüyəndə bu karandaş kimi olasan.
Uşaq təəccübləndi. Çünki karandaşda xüsusi bir şey görə bilmirdi.
Alim dedi:
Karandaşda 5 xüsusiyyət var. Çalış o xüsusiyyətlərə sahib ol.
1) Böyük işlər görə bilərsən, amma unutma ki, səni hərəkət elətdirən bir əl var və o Allahın əlidir!
2) Bəzən karandaşı yonurlar. Sənin üçün bu əziyyət kimi görünə bilər, amma karandaşın ucu daha çox iti olur. Sən də bil ki, çəkdiyin əziyyətlər daha yaxşı adam olmağın üçündür.
3) Karandaşla yazılan səhvləri pozmaq şansımız var. Sən də anla ki, xətalarını pozma