Nəvəsi soruşdu:
-Nə yazırsan?
Alim gülümsədi və dedi:
-Yazdığımdan daha önəmlisi yazdığım karandaşdır. İstəyirəm böyüyəndə bu karandaş kimi olasan.
Uşaq təəccübləndi. Çünki karandaşda xüsusi bir şey görə bilmirdi.
Alim dedi:
Karandaşda 5 xüsusiyyət var. Çalış o xüsusiyyətlərə sahib ol.
1) Böyük işlər görə bilərsən, amma unutma ki, səni hərəkət elətdirən bir əl var və o Allahın əlidir!
2) Bəzən karandaşı yonurlar. Sənin üçün bu əziyyət kimi görünə bilər, amma karandaşın ucu daha çox iti olur. Sən də bil ki, çəkdiyin əziyyətlər daha yaxşı adam olmağın üçündür.
3) Karandaşla yazılan səhvləri pozmaq şansımız var. Sən də anla ki, xətalarını pozmaq lazımdır.
4) Karandaşın taxtası yazmaq üçün elə də önəmli deyil. Önəmli olan taxtasının içində olan qrafitdir. Sən də həmişə daxilindən muğayat ol. Çünki içində nə varsa zahirə də o çıxacaq.
5) Karandaş həmişə özündən sonra bir iz qoyur. Sən də bil ki, həyatda neyləsən, ondan bir iz qalacaq. Ona görə də etdiyin işlərdə diqqətli ol.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев