Həzrət Peyğəmbər(s) buyurub: "Namaz dinin sütunudur"
Gündəlik beş namazın qılınması bütün müsəlmanlara vacibdir. Hər bir namazın öz vaxtı və qılınma qaydası var. Bundan başqa bütün namazların ortaq cəhətləri də mövcuddur.
Ümumi qaydalar
Namaz qılarkən insan təharətli olmalıdır: əgər qüsl ona vacib olubsa qüsl almalı, dəstəmazı pozulubsa – dəstəmaz almalıdır. Həmçinin bədəndə nəcis olmamalıdır.
Namaz qılınan paltar və yer murdar olmamalı, heç kəsdən qəsb olunmamalıdır. Namaz qılarkən üzü qibləyə (müqəddəs Kəbə evinə tərəf) durmaq lazımdır.
Namaz qılan şəxs, alnını üzərinə qoymaq üçün qarşısına möhür qoyur. Möhür adətən İmam Hüseynin (ə) şəhid oluğu müqəddəs Kərbəla torpağından hazırlanır. Möhürdən başqa torpaqdan çıxan və dünya malı üçün istifadəyə yararsız istənilən bir əşya da istifadə oluna bilər, məsələn, daş, qum və s.
Namaz qılarkən kişi bədənin yalnız ayıb yerlərini örtməklə kifayətlənə bilər. Qadın isə üz və əlləri biləklərinədək istisna olmaqla bütün bədənini örtməlidir.
Gündəlik namaz beşdir:
1. Səhər gün çıxana kimi qılınan namaz (sübh)
2. Günorta namazı (zöhr)
3. Günorta namazından sonra və hava qaralana qədər qılınan namaz (əsr).
4. Axşam namazı (məğrib)
5. Gecə yarısına kimi qılınan namaz (işa)
Namazda vəziyyətlər
Gündəlik namazların sözlərinin hər birinin özünə uyğun bədən vəziyyəti var: qiyam, rüku, səcdə. Məsələn, “Fatihə” və “İxlas” surələri ancaq qiyam halında, rükunun sözləri ancaq rüku halında deyilir. Bütün bu vəziyyətlərin bir dövrünə “rikət” deyilir. Yəni bir rikət bir qiyam, bir rüku və iki səcdədən ibarətdir. İkinci rikəti yerinə yetirmək üçün səcdədən durub həmin hərəkətləri təkrarlamaq lazımdır.
Sübh namazı 2 rikətdən, məğrib namazı 3 rikətdən, işa, zöhr və əsr namazları isə 4 rikətdən ibarətdir. Zöhr, əsr və işa namazları eyni qaydada qılınır, sadəcə niyyətləri fərqlidir.
Namazdan öncə azan və iqamənin deyilməsi çox bəyənilir, ancaq vacib deyil.
Namaz qılmağa başlayarkən vacibdir ki niyyət edilsin və təkbir deyilsin. Niyyətin mənası budur ki, insan gərək hansı namazı qıldığını və namazı Allah üçün qıldığını bilsin. Təkbir isə “Allahu əkbər” kəlməsinə deyilir.
Səcdə zamanı bədənin göstərilən üzvləri yerə dəyməlidir: alın, əllərin içi, dizlər, ayaqların baş barmaqları.
Bütün namazlar salamların deyilməsi ilə bitir.
Namazların qılınması qaydası
Sübh namazı
1. Niyyət
2. Təkbir
3. “Fatihə” və “İxlas” surələri
4. Rüku
5. Qiyam
6. Səcdə
7. Dizi üstə oturmaq
8. Səcdə
9. Dizi üstə oturmaq
10. Qiyam
11. “Fatihə” və “İxlas” surələri
12. Qunut
13. Qiyam
14. Rüku
15. Qiyam
16. Səcdə
17. Dizi üstə oturmaq
18. Səcdə
19. Dizi üstə oturmaq
20. Təşəhhüd
21. Salamlar
Məğrib namazı
1. Niyyət
2. Təkbir
3. “Fatihə” və “İxlas” surələri
4. Rüku
5. Qiyam
6. Səcdə
7. Dizi üstə oturmaq
8. Səcdə
9. Dizi üstə oturmaq
10. Qiyam
11. “Fatihə” və “İxlas” surələri
12. Qunut
13. Qiyam
14. Rüku
15. Qiyam
16. Dizi üstə oturmaq
17. Səcdə
18. Dizi üstə oturmaq
19. Təşəhhüd
20. Qiyam
21. Təsbihətül-ərbəə
22. Rüku
23. Qiyam
24. Səcdə
25. Dizi üstə oturmaq
26. Səcdə
27. Dizi üstə oturmaq
28. Təşəhhüd
29. Salamlar
Zöhr, əsr və işa namazları
1. Niyyət
2. Təkbir
3. “Fatihə” və “İxlas” surələri
4. Rüku
5. Qiyam
6. Səcdə
7. Dizi üstə oturmaq
8. Səcdə
9. Dizi üstə oturmaq
10. Qiyam
11. “Fatihə” və “İxlas” surələri
12. Qunut
13. Qiyam
14. Rüku
15. Qiyam
16. Dizi üstə oturmaq
17. Səcdə
18. Dizi üstə oturmaq
19. Təşəhhüd
20. Qiyam
21. Təsbihətül-ərbəə
22. Rüku
23. Qiyam
24. Səcdə
25. Dizi üstə oturmaq
26. Səcdə
27. Dizi üstə oturmaq
28. Qiyam
29. Təsbihətül-ərbəə
30. Rüku
31. Qiyam
32. Səcdə
33. Dizi üstə oturmaq
34. Səcdə
35. Dizi üstə oturmaq
36. Təşəhhüd
37. Salamlar
------------------------------------------------------------
Namazın sözləri və tərcüməsi
"Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!" Ta-ha surəsi, ayə 14
Azan
اَللهُ اَكبَر
Allahu əkbər (4 dəfə)
(Allah böyükdür)
اَشهَدُ اَن لاَ اِلهَ الاّ اللهُ
Əşhədu ənla ilahə illəllah (2 dəfə)
(Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur)
اَشهَدُ اَنَّ مُحَمَّدًا رَسُولُ الله
Əşhədu ənnə Muhəmmədən rəsulullah (2 dəfə)
(Şəhadət verirəm ki, Muhəmməd Allahın elçisidir)
اَشهَدُ اَنَّ عَلِيًّا وَلِىّ الله
Əşhədu ənnə Əliyyən vəliyullah (2 dəfə, azanın tərkib hissəsi deyil)
(Şəhadət verirəm ki, Əli Allahın vəlisidir)
حَىَّ عَلَى الصّلوةِ
Həyya ələs-səlah (2 dəfə)
(Namaza tələsin)
حَىَّ عَلَى الفَلاَحِ
Həyya ələl-fəlah (2 dəfə)
(Nicat tapmaq üçün tələsin)
حَىَّ عَلَى خَيرِ الْعَمَلِ
Həyya əla xeyril-əməl (2 dəfə)
(Ən xeyirli əmələ tələsin)
اَللهُ اَكبَر
Allahu əkbər (2 dəfə)
(Allah böyükdür)
لاَ اِلهَ الاّ اللهُ
La ilahə illəl-lah (2 dəfə)
(Allahdan başqa məbud yoxdur)
İqamə
اَللهُ اَكبَر
Allahu əkbər (2 dəfə)
(Allah böyükdür)
اَشهَدُ اَن لاَ اِلهَ الاّ اللهُ
Əşhədu ənla ilahə illəllah (2 dəfə)
(Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur)
اَشهَدُ اَنَّ مُحَمَّدًا رَسُولُ الله
Əşhədu ənnə Muhəmmədən rəsulullah (2 dəfə)
(Şəhadət verirəm ki, Muhəmməd Allahın elçisidir)
اَشهَدُ اَنَّ عَلِيًّا وَلِىّ الله
Əşhədu ənnə Əliyyən vəliyullah (2 dəfə, azanın tərkib hissəsi deyil)
(Şəhadət verirəm ki, Əli Allahın vəlisidir)
حَىَّ عَلَى الصّلوةِ
Həyya ələs-səlah (2 dəfə)
(Namaza tələsin)
حَىَّ عَلَى الفَلاَحِ
Həyya ələl-fəlah (2 dəfə)
(Nicat tapmaq üçün tələsin)
حَىَّ عَلَى خَيرِ الْعَمَلِ
Həyya əla xeyril-əməl (2 dəfə)
(Ən xeyirli əmələ tələsin)
قَد قَامَتِ الصَلوةُ
Qəd qamətis-səlah (2 dəfə)
(Namazı bərpa edin)
اَللهُ اَكبَر
Allahu əkbər (2 dəfə)
(Allah böyükdür)
لاَ اِلهَ الاّ اللهُ
La ilahə illəl-lah (1 dəfə)
(Allahdan başqa məbud yoxdur)
Niyyət
“.... namazı qılıram Allaha yaxınlaşmaq məqsədilə”
Təkbir
اللهُ اَكبَر
Allahu Əkbər
(Allah böyükdür)
Fatihə surəsi
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ
Bismillahir-rəhmanir-rəhim.
(Bağışlayan və mehriban Allahın adı ilə)
الْحَمْدُ للهِ رَبِّ الْعَلَميِنَ
Əlhəmdü lillahi rəbbil aləmin
(Allaha - aləmlərin Rəbbinə həmd olsun)
الرًّحْمَنِ الرَّحِيمِ
Ər-rəhmanir-rəhim.
(Həmd olsun rəhmli və mərhəmətli olana)
مَلِكِ يَوْمِ الدِّينِ
Maliki yaumiddin
(Haqq-hesab gününün sahibinə)
إيَّاكَ نَعْبُدُ وَإيَّاكَ نَسْتَعِينُ
İyyakə nəbudu və iyyakə nəstəin.
(Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik)
اهْدِنَا الصِّرَطَ الْمُسْتَقِيمَ
İhdinəs-sıratəl müstəqim.
(Bizi doğru yola yönəlt)
صِرَطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وِلا الضَّالِّينَ
Sıratəl-ləzinə ən-əmtə əleyhim ğayril məğzubi əleyhim vələz-zallin.
(Nemət verdiyin kəslərin yoluna, qəzəbə düçar olanların və azanların yoluna yox)
İxlas surəsi
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ
Bismillahir-rəhmanir-rəhim.
(Bağışlayan və mehriban Allahın adı ilə)
قُلْ هُوَ اللهُ أَحَدٌ
Qul huvallahu əhəd.
(De ki, Allah təkdir)
اللهُ الصَّمَدُ
Allahus-saməd.
(Allah ehtiyacsızdır)
لَمْ يَلِدْ وَلَمْ يُولَدْ
Ləm yəlid və ləm yuləd.
(O, nə doğmuş, nə də doğulmuşdur)
وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ
Və ləm yəkul-ləhu kufuvən əhəd.
(Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur)
Qunut
اَللَّهُمَّ صَلَّ عَلىَ مُحَمَّدِ وَآلِ مُحَمَّد
“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd”
(Allahım, Məhəmmədə və onun ailəsinə xeyir-dua göndər)
Təsbihati-ərbəə (Dörd təsbih)
سُبحَانَ اللهِ وَالحَمدُ للهِ وَلاَ اِلَهَ اِلاَّ اللهُ وَاللهُ اَكبَر
Subhanallahi vəl-həmdu lillahi və la ilahə illəllahu vallahu əkbər. (3 dəfə).
(Allah pak və təmizdir, həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur, Allah böyükdür ).
Rüku
سُبحان رَبِّىَ العَظيمِ وَ بِحَمدِهِ
Subhanə rəbbi-yəl Azımi və bi-həmdih
(Rəbbim pakdır, əzəmət və həmd sahibidir)
Səcdə
سُبحان رَبِّىَ الاَعلى وَ بِحَمدِهِ
Subhanə rəbbi-yəl Əla və bi-həmdih
(Rəbbim pakdır, ucadır və həmd sahibidir)
Təşəhhüd (Şəhadət vermək)
الحَمدُ لِلّهِ
Əlhəmdu lillah.
(Allaha həmd olsun)
اَشْهَدُ اَن لا اِلََهَ الاَ اللهُ وَحدَهُ لاشَرِيكَ لَهُ
Əşhədu ənla ilahə illəllah, vəhdəhu la şərikə ləh.
(Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. O, təkdir və şəriksizdir)
وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ
Və əşhədu ənnə Muhəmmədən abduhu rəsuluh.
(Şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir)
اَللَّهُمَّ صَلَّ عَلىَ مُحَمَّدِ وَآلِ مُحَمَّد
Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd.
(Allahım, Məhəmmədə və onun ailəsinə xeyir-dua göndər)
Salamlar
اَلسَّلاَمُ عَلَيْكَ اَيُّهَا النَّبِىُّ وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ
Əssəlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh.
(Allahın salamı, mərhəməti və bərəkəti olsun sənə, ey Peyğəmbər!)
السَّلاَمُ عَلَيْنا وَعَلى عِبادِ اللهِ الصالِحِينَ
Əssəlamu əleyna və əla ibadillahis-salihin.
(Allahın salamı olsun bizə və Allahın saleh bəndələrinə!)
السَّلاَمُ عَلَيكُم وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.
(Allahın salamı, mərhəməti və bərəkəti üzərinizdə olsun)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев