Предыдущая публикация
Sevgi olan yerdə, dostluq qalmadı,
Bir özgə biridə, könül almadı,
Bagışla dost ola bilmədim sənə.
Üzünə baxmağa cəsarətim yox,
Yalan danışmaga məharətim yox,
Sənsiz bir an belə səadətim yox,
Bağışla dost ola bilmədim sənə.
Hər nə istəsəndə bunu istəmə,
Bir daha dost kimi məni səsləmə,
Dostluq yollarında məni gözləmə,
Bağışla dost ola bilmədim sənə.
Gün-gündən daha da, bağlanıram mən
Sənin eşqin ilə odlanıram mən,
Dostum deyə-deyə aldanıram mən,
Bagışla dost ola bilmədim sənə.
Görmədi gözlərim səndən özgəni,
Dost deyil, yar kimi sevmişəm səni,
Sən Allah bağışla-bağışla məni,
Bağışla dost ola bilmədim sənə.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 7