2020-11-19
Hörmətli Masallı sakinləri!
Artıq uzun müddətdirki Azərbaycan dövləti, həkimləri və aidiyyatı orqanlar tərəfindən dünyanı cənginə almış COVİD-19 infeksiyasına qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməkdədir. Aparılmış mübarizənin nəticəsi olaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxanların sayında kəskin azalma müşahidə olunurdu. Təssüflər olsun ki, son zamanlar infeksiyanın ölkəmizdə yayılması halı çoxalmaqdadır.
Biz birlikdə güclüyük!
Ön cəbhədə hərbiçilərimiz düşmənlə mübarizədə qalib gəliyi kimi arxa cəbhədə də bizlərin mübarizəsi birlik nümayiş etdirmək olmalıdır. Hər birimiz mövcud infeksiya ilə birlikdə mübarizə aparmalı, gigiyenik vasitələrdən daimi istifadə etməli, sosial məsafə saxlamalı, tibbi maska və tibbi spirtlərdən istifadə etməli, özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalı, yas mərasimlərində kütləviliyin qarşısının alınmasında, əsasən yas mərasimlərində qadınların bir yerə toplaşmasına qarşı birlikdə təbliğat aparmalı, bunun qarşısını tam almalı və bununla da vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Yaşı 65-dən yuxarı olan insanların və məktəblilərin zərurət olmadıqda yaşayış yerlərini tərk etməməsi tövsiyə olunur.
Vətənini, torpağını sevənlər bu gün ön cəbhədə vuruşaraq Qələbə qazandılar. Bizlərin də borcu arxa cəbhədə infeksiyaya qarşı birlikdə mübarizə aparmaqla bu xəstəliyə qalib gəlməkdir.
Eşq olsun Azərbaycan xalqına!
Eşq olsun Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев