Saxta ətirlər dəri ilə təmasda olduqda allergik reaksiya verir. Həkim Şəfəq Əliyeva bildirir ki, müxtəlif dermotozlar, qaşınmalar, dərinin qurulanması problemlərini əmələ gətirir. Bundan başqa, mənşəyi bilinməyən ətirlər piqment ləkələrin və xərçəngin əmələ gəlməsinin başlıca səbəblərindəndir:
"Ətriyyatın tərkibində xüsusi maddələr var ki, bu maddələr insan orqanizminə təsir göstərə bilər. Çünki onların tərkibində aşılayıcı maddələr var və bu maddələr hər orqanizmə bir cür təsir edir. Bu səbəbdən də çoxlu allergik xəstəliklərə, dəri xəstəliklərinə təsir edir. Küçələrdə, bazarlarda çox ucuz qiymətə ətriyyatlar satırlar və onlar həm spirt məhlulu şəklində və yağlar şəklində satılır. Bunlardan istifadə edərkən seçimi düzgün etmək lazımdır".
My Love El TV-yə istinadən xəbər verir ki, mütəxəssislərin xəbərdarlıqlarına baxmayaraq, maraqlıdır ki, satıcılar heç satdıqları ətirlərin mənşəyi haqqında məlumatlı deyillər. Alıcılar da ətir seçərkən həqiqi və saxtanı fərqləndirməkdə çətinlik çəkirlər.
Xatırladaq ki, hazırda bazarlarda saxta ətirlər çoxdur. İnzibati Xətalar Məcəlləsində saxta ətirlərin satışı ilə məşğul olan şəxslərin 1500 manatdan 3000 manatadək cərimələnməsi nəzərdə tutulsa da, bazarlara saxta ətirlər daxil olmaqdadır. Odur ki, bu işdə hərə özünü qorumalıdır.
#xeberler
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев