Getdikcə daha çox əmin oluram ki, YOX deməyi bacarmaq lazım. Nəyinsə-kiminsə xatirinə edilən işlər adamın öz xətrini ayaqlar altına salır. Sınırıq, qıvrılırıq içimizdə. Atalar da deyir ki, “verib pis olunca, verməyib pis ol”. Yəni “yox” de !
Rus mütəfəkkiri В.Толстых deyirdi ki, "heç nəyə "yox" deməyən "yaxşı oğlan" obrazı hörmət qazana bilmir, əksinə belələri həmişə istifadə olunur". Hamının işinə yaramağa cəhd etmək qəhrəmanlıq deyil, üstüörtülü acizlikdir, fədakarlıq donuna bürünmüş köləlikdir.
“Yox” demək həm də geniş anlamda imtina (və inkar) etməkdir. Təsdiq etməkdən, razılaşmaqdan asan nə var? Razılaşmaq təslim olmaqdır. Bacarıb "Yox" deyə biləsən ! Təslim olmayasan ! İnkar xarakterdi