“Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları”nda dəyişiklik edilib
05.10.2015
Nazirlər Kabineti “Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları”nda dəyişiklik edib.
Məlumata görə, tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısına 2 şərt daxildir.
Bu şərtlərdən birincisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən ekoloji cəhətdən çirklənmiş zonalarda tikintinin aparılması nəzərdə tutulduğu hallarda həmin tikinti ərazisinin rekultivasiyası və bərpası üzrə müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır. İkinci şərt isə tikintinin aparılması nəzərdə tutulmuş ərazinin əhat
İpoteka ilə alınan ev satıla bilərmi? Belə evi alan insanı hər hansı bir problem gözləyirmi?
07.08.2015
Bu suallara “Bakı Hüquq Mərkəzi”-nin hüquqşünası vəkil Dünyamin Novruzov cavab verib.
Vəkil bildirib ki, ”İpoteka haqqında” qanunun 30.1-ci maddəsinə görə ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verə bilər (istifadə, icarə və sair).
“Qanunun 30.2-ci maddəsinə görə bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmi
Bu gündən avtomobillərdə pərdələrdən istifadəyə icazə verilir
01.05.2015
Sürücülər mayın 1-dən noyabrın 15-dək nəqliyyat vasitələrində sənaye üsulu ilə hazırlanan jalüzlərdən istifadə edə bilərlər.
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisi qeyd edib ki, avtomobildə əyləşən sərnişinləri günəş şüalarından qorumaq məqsədi ilə sənaye üsulu ilə hazırlanan jalüzlər avtomobilin arxa sağ və sol yan şüşələrində istifadə olunmalıdır.
V.Əsədov bir daha xatırladıb ki, bu icazə yalnız zənaye üsulu ilə hazırlanmış jalüzlərə aiddir. Kustar üsulla
“Banklar 20 il Konstitusiyaya zidd kredit veriblər?!”Şirifti böyüt Çap et
Maliyyə sektorunun və dollarda kredit borcu olan insanların gözü-qulağı Konstitusiya Məhkəməsindədir.Hüquqşünaslar Konstitusiya Məhkəməsi Plenumunun qərarının bankların xeyrinə ola biləcəyini proqnozlaşdırırlar. Böyük ehtimalla, "kreditin verilməsi" və ya "öhdəliyin yaranması", "kreditin ödənilməsi", "pulun dövriyyəsi" anlayışlarının "ödəniş vasitəsi" anlayışları ilə eyni olmadığı izah ediləcək. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Lakin kreditin verilməsi və qaytarılması "ödəniş" sayılmayacağından, dollarda olan kreditlər dollarda al
Azərbaycan hökumətində yeni təklif müzakirə edilir: övladlarına yaxşı baxa bilməyən valideynlər azadlıqdan məhrum edilsinlər
30.03.2015
Azərbaycanda övladlarına lazımı diqqət göstərməyən və öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyən valideynlərin azadlıqdan məhrum edilməsi təklif edilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, artıq komitə tərəfindən valideyn məsuliyyətinin artırılması və uşaqlardan sui-istifadə hallarının qarşısının alınması üçün verilən cəzaların sərtləşdirilməsi barədə təkliflər paketi hazırlanaraq rəy alınması üçün müvafiq qurumlara təqdim edilib. Təkliflər t
“Əmək hüquqlarınız pozularkən hara müraciət etməli olduğunuzu bilirsinizmi?” adlı sorğu keçirilib
01.04.2015
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında (www.mlspp.gov.az) keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. Bu dəfəki sorğu zamanı respondentlərə “Əmək hüquqlarınız pozularkən hara müraciət etməli olduğunuzu bilirsinizmi?” sualı ünvanlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, sorğuda iştirak edənlərin 84 faizi (1330 nəfər) əmək hüquqları pozularkən hara müraciət etməli olduqlarını bildiklərini qeyd ediblər. Nəticədən göründüyü kimi son dövrlər ölkədə əmək