Həyatı nə dərəcədə qiymətləndirirsən?
«Həyat mənbəyi Sənsən» (ZƏBUR 36:9).
1, 2. a) Allah bizə hansı qiymətli bəxşişi verib? b) Nəyə görə Müqəddəs Kitab prinsiplərinin faydasını anlamaq bu gün xüsusilə vacibdir?
SƏMAVİ Atamız bizə misilsiz bir bəxşiş — həyat verib. O, bizə şüur verib, Onun keyfiyyətlərini əks etdirmək qabiliyyəti ilə yaradıb (Yaradılış 1:27). Bunun sayəsində biz Müqəddəs Kitab prinsiplərinin faydasını anlaya bilərik. Həmin prinsipləri həyatımızda tətbiq etməklə biz Yehovanı sevən və «ağlını daima işlətməklə onu yaxşını pisdən ayırmağa» öyrəşdirən yetkin insanlar oluruq (İbranilərə 5:14).
Müqəddəs Kitab prinsiplərinin faydasını anlamaq bu gün çox vacibdir, xüsusilə də ona görə ki, getdikcə mürəkkəbləşən həyatda qarşılaşdığımız hər vəziyyətə aid qanun yazmaq mümkün deyil. Bu, özünü tibb elmində, ələlxüsus qanla bağlı preparat və prosedurların istifadəsində büruzə verir. Bu məsələ Yehovaya itaət etmək istəyənlərin hamısı üçün çox vacibdir. Əgər biz müvafiq Müqəddəs Kitab prinsiplərini başa düşürüksə, vicdanımızı ləkələməyən və Allahın məhəbbətini qorumağa kömək edən düzgün qərarlar verə biləcəyik
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев