*
*(6) Ağıl və din*
*Həzrət Məhəmməd peyğəmbər (s) buyurub:*
*قال رسول الله (صلى الله علیه و آله): «اِنَّما یُدْرَکُ الْخَیْرُ کُلُّهُ بِالْعَقْلِ وَ لا دینَ لِمَنْ لا عَقْلَ لَهُ.»*
"Xeyir və yaxşılıqlar yalnız ağılla dərk olur. Ağlı olmayanın dini də olmaz."
*📚Tühəful-uqul, səh 54.*
*Hədislə bağlı bir neçə məqama qısa işarə:*
*💠 1.* Dinlə ağıl bir-birinə bir həddə bağlıdırlar ki, biri olmasa, digəri də olmayacaqdır. (Təbbi ki, söhbət həqiqi din və ağıldan gedir.)
*💠 2.* Hədisə əsasən, ən ağıllı insan daha dindar, daha dindar isə ən ağıllı insan olmalıdır. Çünki ağılla dinin bir-birinə təsiri vardır.
*💠 3.* Bəzilərinin din barədə mənfi təsəvvürünün əksinə olaraq yuxarıdakı hədis dini, mövhumat yox, məntiq və ağla əsaslanan bir dəyər kimi tanıdır.
*💠 4.* Yuxarıdakı deyilənlərə əsasən, dinin təbliğ olub yayılmasının qarşısını alanlar, xalqı həmişə nadan, avam və kölə kimi saxlamaq istəyənlərdir.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев