«Biz bu Quranda insanlar üçün hər cür misal çəkib onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı»«İsra surəsi, 89-cu ayə
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə: “Qalxanınızı götürün!” – deyə buyurdu. Biz dedik: “Ya Rəsulullah! Üstümüzə düşmənmi gəlir?” O buyurdu: “Yox, əksinə, Oddan qoruyacaq qalxanınızı götürün: Subhanəllah, vəl-həmdulillah, və lə ilahə illəllah, vəllahu əkbər. Bu kəlmələr, sahibini Cəhənnəm odundan qoruyan və onu öndə aparan, habelə savabı əbədi qalacaq yaxşı əməllərdəndir”
“Eləcə də sizdən doğru yolda olmaq istəyənlər doğru yolla da gedirlər.
Lakin aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz!” (Təkvir, 81/28-29)