s) Kelamlari (100 eded)
Əmirəlmüminin Əli əleyhissəlam buyurubdur:
1. Mənim Allaha və qiyamət gününə inamım o
dərəcədədir ki, Allahla bəndə arasındakı hicab
(pərdə) götürülərsə inamımda zərrə qədər
dəyişiklik olmaz. (Yəni Allahı və qiyaməti necə düşünürdümsə, pərdənin ardından da elə o cür
görünəcək).
2. İnsanlar bu dünyada yatmışdırlar. Öldükləri
zaman hər şeydən xəbərdar olurlar.
3. İnsanların öz ata-babalarından zamanələrinə
daha artıq oxşarlıqları var. 4. Öz qədirini bilən hər bir kimsəyə ölüm qorxulu
deyil.
5. Hər bir insanın qiyməti onun etdiyi yaxşılıqlarla
ölçülür.
6. Özünü tanıyan hər bir şəxs Allahını da tanıyar.
7. Hər bir adam öz dilinin arxasında gizlənmişdir. 8. Dili şirin olan kimsənin qardaşları çox olar.
9. Yaxşılıqla azad adamları da qul etmək olar.
10. Paxılın malına bir hadisə üz verməsi və ya
vərəsəyə yetişməyə tapac olmasını müjdə ver.
11. Danışanın özünə yox, sözünə daha çox diqqət
et. 12. Bəla vaxtı qorxuya düşmək məhnəti artırır və
insanı savabdan məhrum edir.
13. Zülümlə qələbə əldə etmək olmaz.
14. Təkəbbürlü adamı heç kəs tərif etməz.
15. Simicliklə ehsan bir yerə sığmaz. Yəni paxıl
kimsə ehsan edə bilməz. 16. Bədənin sağlamlığı çox yeməklə deyil.
17. Əxlaqsız adamın şərəfi olmaz.
18. Tamahkar adam haramdan əl çəkməz.
19. Paxıl adamın rahatlığı olmaz.
20. Yalan olan yerdə məhəbbət olmaz.
21. İntiqam almaqla ağalıq tutmaz. Yəni böyük kimsə müqəssir adamın təqsirini əfv edər.
22. Qaşqabaqlı, pis niyyətli olmaqla, ziyarət olmaz.
Yəni elə ziyarətin faydası yoxdur.
23. Məsləhət etməyən kimsə, mətləbinə nail olmaz.
24. Yalançı şəxsin rəhm və mürvəti olmaz.
25. Pəhrizkarlıqdan yaxşı ləyaqət ola bilməz. 26. İslamdan böyük şərəf yoxdur.
27. Pəhrizkarlıqdan yaxşı pənahkar yoxdur.
28. Tövbədən artıq şəfaedici yoxdur.
29. Salamatlıq ən gözəl geyimdir.
30. Nadanlıqdan betər dərd yoxdur.
31. Ağlın azlığından betər xəstəlik olmaz. 32. Dilinə nəyi öyrətsən, sənə o şeyi qaytarar.
33. İnsan bilmədiyi şeyin düşmənidir.
34. Allah rəhmət etsin o kimsəyə ki, öz qədirini
bilib, həddini aşmaz.
35. Üzrü təkrar etmək, günahı təzələməkdir.
36. İnsanlar arasında bir kəsə nəsihət etmək onun üçün danlaqdır.
37. Ağlı kamil olan kimsə az danışar.
38. Şəfaət edən kimsə ehtiyac sahibinin qanadıdır
(dayağıdır).
39. Ayrılıq insan üçün zillət və xarlıqdır.
40. Nadan adamın xoşbəxtliyi zibillikdə olan bağ- baxça kimidir.
41. Səbirsizliyin məşəqqəti səbr etməyin
məşəqqətindən də artıqdır.
42. İnsan o vaxt azad olur ki, öz vədəsinə vəfa
edir.
43. Məkr və hiyləsi gizlin olan şəxs ən böyük düşməndir.
44. Lazım olmayan şeyi tələb edən şəxs lazım olan
şeyi də əldə edə bilmir.
45. Qiybətə qulaq asan kimsə qiybət edənlərdən
biridir.
46. Tamahkar adam yaramaz olar. 47. Xalqdan ümidini kəsib Allaha ümidvar olan
kimsə rahat olar.
48. Həris olan kimsə naümid olar.
49. Çox zarafat edən şəxs nifrət qazanar və ya
hörmətsiz olar.
50. Şəhvət qulu olan kəs satılan quldan da alçaq olar.
51. Günahkar adama şəfaət etməyə qalib olan
şəxsin qələbə çalmağı kifayət edir.
52. Çox adam özünün zərərinə olan şeyə can atar.
53. Ümidsizlik azadlıqdır, xahiş etmək isə qul
olmaqdır. 54. Ağıllı insanın zənni də gerçək olar.
55. Baxan ibrət götürər, yəni hər kimsə ki,
ruzigarın işlərinə ibrət gözü ilə nəzər edə, özü
üçün nəsihət qəbul edər.
56. Ədavət qəlb üçün böyük yükdür, yəni
düşmənçilik ürəyi bütün işlərdən geri qoyar. 57. Qəlbi çətin işlərə məcbur etsən, kor olar.
58. Ədəb ağlın surətidir, yəni ədəbi olan kimsənin
ağlı olar.
59. Tamahkar adamın həyası olmaz.
60. Paxıl kimsə günahsız adama da qeyzli olur.
61. Xoşbəxt o kimsədir ki, özündən başqalarının da nəsihətinə qulaq asar.
62. Şər adamda pis eyiblər cəm olur.
63. Çox razılığa gəlməyin və çox ədavətin axırı
ayrılıqdır.
64. Özünə çox ümid olan kimsə istəyinə yetməz.
65. Zülm edən şəxs özünün məhvə doğru aparar. 66. Hər bir udum suda bir əzab və bir loxma
təamda bir qüssə var.
67. Allahın təqdiri yerinə yetən vaxtda bəndənin
tədbiri itir.
68. Allahın qəzavü-qədəri gələn zaman, ehtiyat
eləmək fayda verməz. 69. Ehsan etmək pis niyyətli adamların dilini
kəsər.
70. Şərafət elm və ədəblədir, əsl-nəcabətlə deyil.
71. Əsl-nəcabətin və şərafətin ən yaxşısı
xoşxasiyyət olmaqdır.
72. Ən böyük əsl-nəcabət ədəbli olmaqdır. 73. Ehtiyacın betəri axmaqlıqdır. Yəni
axmaqlıqdan betər ehtiyac olmaz.
74. Qorxunun və nifrətin daha artığı xudpəsənd
olmaqdır. Şəxs nə qədər təkəbbürlü olursa, başqa
adamlar ona o qədər nifrət edir.
75. Ən böyük dövlət ağıldır. Yəni ağıllı kimsə həqiqətdə möhtac deyil, bəlkə də artıq dövlətlidir.
76. Neməti tələf edən şeylərdən çəkin! Ona görə
ki, tələf olan nemətin qayıtması müşküldür.
77. Tamah olan başda ağıl olmaz.
78. Allaha üz çevirən adamın dövləti olar. Allahdan
üz döndərən adam həlak olar. 79. Fağır olduğunuz vaxt sədəqə verib Allah ilə
müamilə ediniz.
80. Hər bir kimsənin tərbiyə üsulu yumşaq olsa,
onun övlad və törəmələri tərbiyəsiz olar.
81. Ağıllı kimsənin dili ürəyinin dalında olar. Yəni
ağıllı adam qabaqcadan sözünün yaxşı və pisini fikirləşib sonra danışar.
82. Axmaq kimsənin qəlbi dilinin dalında olur.
Yəni axmaq adam qabaqcadan danışıb sonra
fikirləşir.
83. Hər kəs ki, öz iradəsini cilovlaya bilməsə, əcəl
onu öz tərəfinə çəkər. 84. İlk nemət sizlərə yetişdiyi zaman axırını
şükürsüzlüklə qaçırtmayın.
85. Öz nəfsini xar və zəlil edən hər bir kimsə
tamahı özünə adət etdi.
86. Öz ehtiyacını xalqa bildirən hər bir kimsə öz
zillətinə razı olar. 87. Xar etdi o kimsənin nəfsi ki, dilinə malik
olmayıb, dilini özünə əmir və hakim etdi.
88. Simiclik insana ardır. Qorxu isə nöqsandır.
89. Ehtiyac bacarıqlı adamı da öz əqidəsindən
döndərər və heç kəs onun sözlərinə inanmaz.
90. Malı az olan kimsə öz vilayətində qəribdir, heç kəs onu tanımaz.
91. Gözəl davranışlar (ədəblər) insana həmişə təzə
zinətlərdir.
92. Ürəyi açıqlıq və üzü gülər olmaq məhəbbətin
toyudur ki, insanları onunla ovlamaq olar.
93. Hər bir kimsə ki, özündən razı ola, onun düşməni çox olar. Çünki, təkəbbürlü həmişə
başqaların nəzərindən zəlil olar.
94. Hər kəsin ki, dünya üzünə gülüb, onu xoşbəxt
edərsə başqalarının da yaxşı sifətlərini ona
bağışlar və bir kəsdən üz döndərərsə, onu idbar
edib, onun yaxşı sifətlərini də əlindən alar. 95. İnsanlarla yaxşı davranın ki, bir vaxt
dünyadan köç etsəniz, yaxşı sifətlərinizi yada
salıb sizin üçün ağlasınlar, qalsanız sizin
tərəfdarınız olub sizə əşbət etsinlər.
96. Ey oğul, axmaqlarla yoldaşlıq etməkdən çəkin,
çünki axmaq sənə yaxşılıq etmək istəsə də, sənə ondan ancaq zərər yetişər.
97. Paxıl adamla dostluq etməkdən uzaq ol. Çünki
paxıl şəxs möhtac olduğun şeyi səndən əsirgəyər.
98. Günahkar kimsə ilə yoldaş olmaqdan uzaq ol.
Çünki o şəxs səni ucuz olan qiymətə satar.
99. Yalançı kimsə ilə dost olmaqdan uzaq ol. Ona görə ki, yalançının məsəli sərab (ilğım)
misalındandır. Öz yalan sözü ilə uzaq şeyləri sənə
yaxın və yaxın şeyləri uzaq göstərər.
100. Kişinin qədər və hörməti öz səy və
çalışqanlığına görədir.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 5