Allahın Peyğəmbəri(s): «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.» (Tarixi dəməşq ,Əlinin(ə) tərcümeyi halı c.1.səh.366, hədis 461) Allahın Peyğəmbəri(s): «Əli məndəndir, mən Əlidən. O, hər bir möminin vəli və başçısıdır.» (Kənzul-ummal , hədis 32938)
Əbdurrəhman ibn əbi Leyla: «Ruhbədə (Kufədə) Əlini camaata belə and verdirən gördüm ki: Sizi and verirəm Allaha, əgər sizdən kimsə Qədir-Xum günü Allahın Peyğəmbərinin (s) «mən kimin mövlasıyamsa Əli onun mövlasıdır» kəlamını eşidibsə durub şəhadət versin. Əbdurrəhman deyir: «Bədr iştirakçılarından olan on iki nəfər – sanki onlar bir-bir indi də gözüm önündədirlər – durub dedilər: «Biz şəhadət veririk ki, Qədir günü Allahın Peyğəmbərinin (s) belə buyurduğunu eşitmişik ki: «Mən möminlərdən daha layiqli deyiləm?….» Biz dedik: Əlbəttə, ey Allahın Peyğəmbəri.» Peyğəmbər buyurdu: «Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Pərvərdigara! Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol.» (Tarixi dəməşq ,Əlinin (ə) tərcümeyi halı c.2.səh.11, hədis 506)
Əli haqq və Qur’anladır
Allahın Peyğəmbəri (s): «Əli haqq ilədir və haqq Əli ilə və o harada olsa haqq onun ətrafına fırlanar.» Nəhcül Bəlağənin şərhi İbn Əbil Hədid c.2 səh 297) Allahın Peyğəmbəri (s):«Əli hara üz çevirsə haqq onunladır.» Əl Kafi c.1 səh 294 hədis 1) Allahın Peyğəmbəri(s): «Əli Quran ilə və Quran Əli ilədir və onlar hovuzun (Kövsər hovuzunun) kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birlərindən ayrılmazlar.» (Tarixi dəməşq ,Əlinin(ə) tərcümeyi halı c.3.səh.124, hədis 125) Allahın Peyğəmbəri(s): «Əli haqq və Quran ilədir. Haqq və Quran Əli ilə və hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birindən ayrılmazlar.» (Tarixi dəməşq ,Əlinin(ə) tərcümeyi halı c.3.səh.124, hədis 125)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев