Информация Quliyev Arif доступна только авторизованным пользователям.
Все заметки
Фид
вчера 17:14
Фид
вчера 17:13
Əli (ə) - Kəbənin içində doğulan yeganə şəxsdir.
Əli (ə) - kamillik zirvəsini fəth edən ilk İmamdır.
Əli (ə) - Peyğəmbərin (s) elm şəhərinin qapısıdır.
Əli (ə) - o kəsdir ki, Qurani-Kərimdə haqqında ayələr nazil olmuşdur.
Əli (ə) - o kəsdir ki, ona məhəbbət - Allaha imanın nişanəsidir.
Əli (ə) - hicrət gecəsi Peyğəmbərin (s) yatağında canını fəda edən kəsdir.
Əli (ə) – o kəsdir ki, Xeybərin fəthi məhz onun əli ilə gerçəkləşdi.
Əli (ə) - dünya və axirətdə Peyğəmbər bayrağının sahibidir.
Əli (ə) - hər iki dünyada Peyğəmbər ümmətinin rəhbəridir.
Əli (ə) - Fatimeyi-Zəhraya (s.ə.) layiq hər cəhətdən kamil və pak olan yeganə insan idi.
Əli (ə) - İmam Həsən (ə) və İmam Hüseyn (ə) kimi parlaq şəxsiyyətlər yetişdirən bənzərsiz atadır.
Əli(ə) - bəşərin ən xeyirlisidir, şəfaət qapısıdır.
Əli (ə) - ehtiyaclılara həm maddi, həm mənəvi dayaq idi.
Əli (ə) – “Qul huvəllahu əhəd”in Qurani-Kərimdəki məqamının bənzəridir.
Əli (ə) - İslamı ilk qəbul etmiş, Qiyamət günündə Kövsər hovuzuna yetişəcək birinci şəxsdir.
Əli (ə) - ağır zərbə yarasından dünyasını dəyişən zaman: «And olsun Allaha ki, ölüm də mənə şirindir və mən dünyadan ən xoşbəxt adam kimi köçürəm!..» deyən boyuk şəxsiyyətdir.
Əlbəttə ki, Əli (ə) haqqında buyurulanlar bunlarla məhdudlaşmır. Bu böyük şəxsiyyət haqqında hər nə qədər yazılsa belə, yenə də azdır. Amma onun ləyaqətli həyatının hansı tərəfinə baxsaq, bizim üçün nümunədir, böyük ibrət dərsidir.Çünki bu ilahi şəxsiyyətin həyatının hər bir anı, atdığı hər bir addım İlahi razılıq üçün olub. Bu baxımdan insan özünə belə kamil insanları örnək götürməlidir ki, həyatı, yaşam tərzi kamilliyə doğru yönəlsin.
Allah Təal hər birimizi Əli (ə) şəxsiyyətini tanıyanlardan və həqiqi örnək götürənlərdən qərar versin, inshallah!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3