
Film yazıçı Fərman Kərimzadənin “Qarlı Aşırım” romanı əsasında ekranlaşdırılmışdır.
Ssenari Müəllifi : Fərman Kərimzadə
İl: 1971
Film çəkilən yerlər: Bakı, Fatmayı kəndi
Vaxt: 82,5 dəq.
Film Azərbaycan kinosu tarixində əsl kişi filmi adını almışdır.
Film haqqında:
“Axırıncı aşırım” filmi iki nüsxədə müxtəlif sonluqlarla lentə alınıb. Belə ki, Azərbaycan nüsxəsində Qəmlo Kərbəlayi İsmayıl tərəfindən, ancaq rus nüsxəsində isə daima Yədullanın (Yədulla, Kərbəlayi İsmayılın ölən oğludur) məzarının yanında gizlənən bir qaçağın əli ilə o dünyaya göndərilir. Hazırda hər iki nüsxə qorunub saxlanılır. Rejissor Kamil Rüstəmbəyov filmin sonunu belə çəkmişdi: Qəmlo Kərbəlayinin sözünə məhəl verməyib atlıların ardınca yollanır və Abbasqulu bəyi öldürür. Sözü yerə düşən Kərbəlayi isə Qəmlonun ardınca yollanır, lakin, Abbasqulu bəyi xilas edə bilmir və qəzəbindən Qəmlonu öldürür. Kərbəlayinin belə cəsur göstərilməsi yuxarı dairələrdəki kinotənqidçilərin xoşuna gəlmir və rejissordan filmin sonluğunu dəyişməsini tələb edirlər. Rejissor qısa bir çəkiliş edir, Qəmlonu Xudayarın qardaşı öldürür, film montaj edildikdən sonra ekranlara çıxır. Lakin filmə diqqətlə baxsaq görərik ki, Kərbəlayinin adamlarından biri təşviş içərisində gəlib kəndlilərə xəbər verir ki, Kərbəlayi Qəmlonu gəbərtdi. Məhz filmdə qalan bu səhnə yuxarıda deyilənləri sübut edir.
Film real faktlar əsasında çəkilib. Abbasqulu bəy Şadlınski də, Kərbəlayi İsmayıl da, Qəmlo da real həyatda yaşamış insanlardır.
Yadda qalan fraqmentlər:
– Abasqulu bəyin nazıyla çox oynıyırsan aaa, Kərbəlayi…
– Bax bu Qurana and olsun ki, bizi tutsalar, tikəmizi qulağımız boyda edəcəklər… Yaxşı bəs biz nəyi gözləyirik? …
– Onu bu işə qatan çox ağıllı, tədbirli adamdır …..
– Adətən sel gələndə əvvəlcə xırda çör-çöp gətirər … İri budağı, kötüyü sonra gəlir .. Bunlar kötüyü qabağa veriblər .. Görəsən onlar bununla nə demək istəyirlər?? Bəlkə demək istəyirlər ki, hələ zəifimiz Abbasqulu bəydir?
– Hələ bir soruşursan ki, Şura Höküməti mənə neyləyib?!
– Deməli mənə hörmət edirlər?! Nə qədər ki sakitcə oturmuşdum, heç kim məni saymırdı, itin-qurdun ayağına verirdilər .. Elə ki gördülər, yooox, ölməmişəm, hələ dünyanın gedişindən xəbərim var, onda məni hörmətə mindirdilər??? Mənə belə hörmət lazım deyil.. Qoy lap qoşun göndərsinlər …
– Abasqulu bəy, özüvə əziyət verib geri qayıtma. Biz sən deyən qədər də aciz deyilik!!!…
– Gücüvü arvaddara göstərirsən? … Səni kişi bilirdim.. Kişilərin heyfini arvaddan çıxmazlar …
– Papağını qoy qabağına, bir yaxşı-yaxşı fikirləş… Topxanan yox, cəbhəxanan yox …
– Namusumuz, qeyrətimiz var, bəy….
– O, kiwinin qulagini kəsdim!!
– Sonra da deyəcəylər papağını da ver, namusunu da..
– Kimi istəyirsiz?… Evin kişisin soruşarlar!!!


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев