
Filmdəki hadisələr Buzovna qəsəbəsində, baş qəhrəmanın yuxusu ətrafında cərəyan edir. Əliabbas(İlham Qasımov) sevgilisinə qovuşmaq üçün nə dedi-qodulardan qorxur, nə də hədələrdən. O öz xoşbəxtliyi uğrunda mübarizə aparır… Və istədiyinə nail olur.
Ssenari müəllifi: Qasım Səfəroğlu, Fikrət Əliyev
Rejissor: Fikrət Əliyev
Yadda qalan fraqmentlər:
* Əlabbas, aay Əlabbas, alə çıx dəə, getdiləree…
* -Hidayet əmi, bu kişi kimdi?
-Kişi deyil, Svorovdu.
* Əlabbas, nənə qurban, de görüm yuxuva nə girmişdi?
* Mənə bax, güngünartadu, sütün çüriyər, yeri get.
* – Mən beyəm Bahardan xaiş eləmişdim, gəl gir yuxumaa?
– Adə, sən yetimin gönlünnən keçməseydi, o da gəlib girməzdi yuxuva.
* – Nevövə diynən, bunnan sora hər ağlına gələn şeyi yuxusunda görməsün.
– Baş üstə naçalnik, bunnan sora yuxu görmegçün qebuluva yazılarığ.
* İş böyüdi, iş böyüdi, atası gəlməlidi.
* – Məlimə, Ceyhun atama yemişbaş dedi.
– Dedi, dedi də, padumıyiş, guya öz atası Rasim Balayevdi.
* – Hidayət əmi, ay Hidayət əmi, mən ölüm bir kömey eliyərdün də.
– Belim ağrıyır, bu dəfə Gülgəzi gör.
* – Biri bığ Kərimin oğludu, o biri də zərgər Qafarın.
– Diyəsən, zərgər Qafar yaman piylənib.
– Bəli, naçalnik o, artığ 3 aydı ki, tamamilə piylənib.
– Səncə adam piylənəndə neyniyərlər?
– Başa düşdüm, naçalnik, onun piyinnən götürmey lazıdı.
* Bilirsiz, biri diyir ki, o onu öpüb, o biri diyir ki, o onu öpmiyib. Aldığım son natamam məlumata görə öpüşmə olmıyıb.
* – Söbet gedib kişinin qulağına çatmasa yaxşıdı.
– Yoldaş Muradovun?
– Səttamıın.
* – Toyuğlar fermadandı?
– Yox, oğurluğdı.
– Oğurluğdı? Onda sür.
* Bir dənə kişi varsa, o da sənsən, malades.
* Molla quli kəndimizdə qazıdı,
Deyir həyat yazılmamış yazıdı.
Sevdiyim qız naçalnikin qızıdı.
Ay can alan candı bizim Nərbatan,
Canlara dərmandı bizim Nərbatan.
* – Sabah Qarabağa gedirəm.
– Yox, öldürəllər səni.
– Bəyəm orda ölən oğlanlar mənnən əssiydi?
* – Saqqalı ağarmış yazır ki, nenə, bığ saxlamağ istiyirəm, bilmirəm Bahar razı olar, yoxsa yox..
– Saxlasın!
– Saxlasıın? Hərii.. saxlasuun..
* Yat görüm, yat qadası, gecənin xeyrinnənsə, gündüzün şəri yaxşıdu.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев