
Bunu ANS PRESS-ə Təcili Tibbi Yardım Xəstəxanasının direktoru Rauf Nağıyev deyib.
Məlumata görə, gün vurmadan ən çox zərər çəkənlər yaşlı insanlardır. Ümumiyyətlə isə Günəş vurması isti hava şəraitində gün altında çox qalanlarda müşahisə edilən yay xəstəliyidir.
ANS PRESS gün vurmanın əlamətləri və ondan qorunmaq üçün məsləhətlər təqdim edir:
Gün vurmanın əlamətləri: şiddətli başağrısı, ürəkbulanma, qusma və yüksək temperatur.
Günəş vurması çox təhlükəli haldır və əgər vaxtında müdaxilə edilməsə, ölümlə nəticələnə bilər. Bəzi hallarda isə sinir sistemində qalıcı fəsadlara səbəb ola bilər.
İlk yardım: Belə halla qarşılaşanda zərərçəkəni kölgəyə aparmaq lazımdır. Xəstəni sərinlətməyin, ən yaxşı yolu soyuq su vannasıdır. Ağır formalarda süni nəfəsvermə də yerinə düşər.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев