
Azərbaycanda 16 qoruq və 18 yasaqlıq yaradılmışdır. Qoruqda heç bir təsərrüfat işləri görməyə icazə verilmir.
Heyvanların qorunması nəticəsində yüzlərlə növün nəslinin kəsilməsi qorxusu aradan qaldırılmış, bir sıra növün təbii ehtiyatı bərpa edilib, yenidən səmərəli istifadə olunur: sığır, sayqak, dəniz pişiyi, norka və s.
Təbiətin, o cümlədən heyyanların qorunmasında məktəblilərin öhdəsinə böyük işlər düşür. Məktəblinin təbiətə münasibəti başqalarına nümunə olmalıdır. Odla hər yerdə, xüsusən Azərbaycan kimi isti diyarda çox ehtiyatlı olmaq lazımdır. Təbiətdə yanğın çox zərərli hadisədir. Təbiətdə gəzərkən qışqırmaq və ya musiqi alətlərindən istifadə etmək səsküy əmələ gətirib hey-vanları qorxudur, onların nornıal yaşayışını pozur. Təbiətin öz səsi ən yaxşı musiqidir. Gəzintiyə çıxarkən təmizliyə əməl edilməsi vacib şərtdir. Sahəyə atılan şüşə qabların sınıqları gec-tez hər hansı bir nəfərin və ya heyvanın ayağını kəsməlidir. Məktəbin həyətində və cavan bağlarda quş evcikİəri asmaq və quşları qışda yemləmək üçün yem təknəcikİəri qoymaq məktəblinin müqəddəs borcudur. Təbiət hamıya məxsusdur, hamımızın birgə evimizdir, onu hamımız qorumalıyıq.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев