Qarşılıqlı olsun yetər..
Unuda bilməzsən..!
Bəzən elə düşər ki ağlına,
səndə buraxdığı izləri, verdiyi acıları belə
özləyərsən...
Dəysə də, dəyməsə də...
Bəzən biri üçün o qədər uzaqlaşarsan ki
özündən,
O insanı itirincə vaxtının çoxu özünü
axtarmaqla keçər...
Ürəyini o insana etibar elə ki, Sənə yersiz
qadağalar yox,esil xoşbəxtlik versin..
Əgər bir insan sənin üçün həqiqətən də
dəyərlidirsə,
o sənə nə qədər acı yaşatsa da, sən onu
bağışlayacaqsan..
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Bəzən hər şeyi unudub yalnız sarılmaq
istəyərsən ;
amma bir şey səni həmişə dayandırar...
Adı ? "Qürur"
Birini sevməyə başlamaq başlı başına bir iş, bir
cəhddir. Güc istər, ürək istər, korluq istər.
Hətta başlanğıcda elə bir an vardır ki
uçurumun üstündən sıçramaq istər;
düşünməyə çalışsan aşa bilməzsən onu.
Etdiyi onlarca yaxşılığın tək yalnışda
unudulduğunu görüncə,
insan istər-istəməz soyuyur, ən yaxınlarından
belə...
İnsan özünə belə yalan söyləyib inandırmağa
çalışırkən,
başqasına güvənmək çətin gələr...
Xoşbəxt olmağı sabaha saxlamaq, qarşıya
keçmək üçün çayın dayanmasını gözləməyə
bənzər. Çay isə əsla dayanmaz...
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən
insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Hər kəsi "Sabah"a götürə bilməzsən,
Bəziləri "Dünən"də qalmalıdır...
Bəlkə də hər oxuduğun romanda
qəhraman olarsan..
Amma ən çox öz hekayəndə yorularsan.
Həyat bəzən;
Yoxluğuna öyrəşdiyin və sevməkdən əl çəkdiyin
insanın, Sənə yenidən qayıtması qədər çox
qəribədir..."
Məsafələr - sevməyi bacarmayanların
bəhanəsidir...
Tanrı sizə istədiyiniz insanı yox,ehtiyac
duyduğunuz insanı verər.
Belə ki bu insanlar,sizə kömək edəcək,sizi
incidəcək,sizi tərk edəcək,sizi sevəcək və
olmanız lazım olan insan olmanıza kömək
edəcək...
Könül almağı bacarmayana ömür əmanət
edilməz..!
Yoruldum daha...
Mən artıq, gedişi olmayan bir gəliş istəyirəm.
Yalnız sənin bildiyin, əsla heç kim ilə
paylaŞmayacağın sirlərin varsa, ağırlığının
artdığını anlarsan.
İki səbəbdən insanlara güvənməm; ya
güvənəcək qədər tanımiram, ya da
güvenmeyecek qədər tanıyiram..
Onu nə qədər sevdiyini digər insanlara anlada
bilərkən,
gedib ona anlada bilmir insan...
Sənin səssizliyini anlamayan, yəqin ki sənin
sözlərini də anlaya bilməyəcək... Demək
istədiyim, yorma özünü...
Bu ürəyə bu qədər acı çox deyərsən bəzən
özünə ..
Amma səhv bizdə.
Kiçik bir ürəklə böyük sevmək nə həddimize
axi ...
Birini sevirsinizsə,bunu ona deyin. Çox vaxt
insanın ürəyi deyə bilmədiyi sözlərə görə
sınmış olur.
Aşiq olub onun acısını çəkənə sorun, "Sevgi
nədir?" deyə... Sevgini boş sözlərlə izah edə
bilməzsən...
Yalnız qəlbin acı çəkirsə anlayarsan sevgini...
İnsan bəzən o qədr küskün olar ki,
3 hərfi bir araya gətirib "DÖN" deyə bilməz...
Sizi sevəni sevmək özünə vurğunluqdur. Sizi
sevməyəni sevmək - bax bu məhəbbətdir!"
Bəzən düşünmədən yaşamaq lazımdır, bəzən
də yaşadıqlarını düşünməmək...
Hər gün gecikirsən. .
Birdən sən gələndə nəfəsim kəsilmiş olsa,
onda nə edəcəksən?
Necə olacaq bu qədər əzab, bu qədər göz yaşı?
Kim səni sevəcək mənim qədər?
Kim səni xoşbəxt etməyin xəyalını quracaq?
Kim sənə ömrünü həsr edəcək?
Qorxmursanmı?
Amma mən qorxuram.. Çox qorxuram..
Sənə qovuşmadan öncə ölərəm deyə,
qorxuram...
Kimi dindirirsən deyir yalanı sevmirəm,
xəyanətə və haqsızlıqlara dözə bilmirəm. Bəs
ortada gəzib dolaşan yalanı, xəyanəti və
haqsızlıqları kim edir görəsən...?
Sizi incidən bəzən sözlər deyil , sözləri kimin
söylədiyidir...
Məsafələrə baxmayaraq, aylarca
görüşəcəklərinin xəyalını quran insanlar var..
Bəziləri də, dizinin dibindəki insanları
görməkdə acizdir..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2