Bilməm məni neçin atmış, unutmuş,
Cövrü cəfasına qurban olduğum?
Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?
Dilbəri sordum gəlib-gedəndən;
Dedilər barışmaz, küsmüşdür səndən.
Mən iltifat etdim, o qaçdı məndən,
Qasdım ədasına qurban olduğum?
O mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam…
Bilməm harda qaldı o nazlı durnam,
O xoş sədasına qurban olduğum?
Ayrılıq oduna könül dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən nəçin oyanmaz
Şirin röyasına qurban olduğum?
Напишите, что Вы ищете, и мы постараемся это найти!
Левая колонка
О группе
Salam dostlar hamımız bir yerde olagın bu qurupda.gözel revayet.xoşa gelen sözler.letifeler. şerler.ve.s istetimiz herweyi yazıb müzakire ede bilerik.ama +18 şekil qoymak.söyünc iwletmek qadagandır.