Çingiz Qurbanovun nəşi 39 gün sonra Azərbaycana verilib
2016-cı il dekabr ayının 29-da qoşunların təmas xəttində şəhid olan əsgərin nəşi bu gün Azərbaycana verilibAzərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfin açdığı atəş nəticəsində 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb, bu barədə Müdafiə nazirliyinin mətbuat xidməti xəbər yayıb.ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.