Get indi bir özgə əllərini tut.
Mən kiməm, nəçiyəm, harda qalıram,
Unut! Olanların hamısını unut!
.
Demək belə olur sevginin sonu,
Sevən sevdiyini belə unudur.
Tam üzür əlini xoşbəxtçilikdən,
Dönür arzuları külə, unudur?
.
Sənə ömrüm dedim, ruhumla sevdim,
Sanırdım ömürlük arzuma çatdım.
Böyük arzum idi, bir dünya quraq,
Mən yəni sevgimə zəhərmi qatdım?
.
Niyə ayrılmağı istədin məndən?
Nəyin əskik oldu, nəyin çatmadı?
Desələr - nə üçün ayrıldınız siz?
Deyərsən - o məni heç aldatmadı.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 5