Kimi gördün, kimi pusdun?
Düşmən yalan oldu, dostun
Tələsinə nə deyəsən?!
.
Tükənərək ildən-ilə,
Ümidləri dönüb külə.
Özü düşüb bu müşkülə,
Şələsinə nə deyəsən?!
.
Alışıbdır könül hirsə,
Dövran edir dünya tərsə.
Çinarı belin bükürsə,
Vələsinə nə deyəsən?!
.
Hanı, harda mərd məhəbbət?
İndi olub dərd məhəbbət!
Kəsir hələ "şərt" məhəbbət,
Beləsinə nə deyəsən?!
.
Növü artıbdır qəflətin,
Son həddidir səfalətin.
Şan-şöhrətin, var-dövlətin
Köləsinə nə deyəsən?
.
Beyin donub, ürək solub,
Dil quruyub, gözlər dolub.
Ağıllısı dəli olub,
Dəlisinə nə deyəsən?!

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев