Hər addım geriyə aparır məni
Sevməyin daşını ata bilmirəm,
Sənsizlik həyatdan qoparır məni.
Ölümdən qorxmuram, sənsizlik qədər
Öl desən ölərəm, sənin xətrinə
Gözümdən yaş olub axsa da kədər,
Gül desən gülərəm sənin xətrinə.
Duyğular yarımçıq, hisslər natamam
Özümdə deyiləm, qınama məni!
Onsuz da ürəyi zəif adamam,
Sən də sənsizliklə sınama məni!
Həsrət ağacının qara kölgəsi
Ağ günə çıxmağa qoyarmı məni?!
Qulağa pis dəyir ayrılıq səsi
Qışqırsam bir kimsə duyarmı məni?!
Çox şeyi öyrətdi mənə bu sevgi
Mən sənin çəkilməz nazını sevdim.
Allahın ən xoşbəxt bəndəsiyəm ki,
Dünyanın ən gözəl qızını sevdim!

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев