İnsan belə günlərdə yaşadığı həyatına bir nəzər salar. Yaşadığım bu yarım əsrdən çox dövrdə hər zaman haqqın tərəfində oldum, əzənin yox əzilənin yanında durdum, ədalətsizliyə qarşı oldum, heç bir zaman kimsəyə yaltaqlanmadım, boyun əymədim. Oldu ki, yoruldum, oldu ki, bezdim, oldu ki əsəb sistemim çökdü, amma pəs etmədim. Haqqın hər zaman qalib gələcəyinə inandım və inanacam. Bir daha bir ömür yaşamaq qismətim olardısa, yenə də bu yolla yürüyərdim... Bu gün mənim doğum günümü təbrik edən , dostlar, qohumlar səmimi təbriklər, xoş arzular və xoş sözlər üçün sizə ürəkdən təşəkkür edirəm. Yazdığınız xoş sözləri unutmayacağam . Hər şey sizin üçün əla və təhlükəsiz olsun, sizə uca Allahdan böyük xoşbəxtlik və uğurlar diləyirəm.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев