Döyüş bitəcək, o, qalib olaraq ailəsinə dönəcək, qələbə sevincinin üstünə daha bir sevinc gələcəkdi. Tezliklə ata olacaqdı - ata!
Çox az zaman qalmışdı buna. Bapbalaca yavrusunu qucağına alacaq, hənirini dinləyəcəkdi doyunca. Oyuncağa bənzəyən körpənin nəfəs almağını, üzündə qeyri-ixtiyari yaranan təbəssümünü, ağlamağını, onun barmağından yapışan bapbalaca əllərini heyrətlə izləyəcəkdi. Barıt qoxulu meydanda aslana dönən igid qundaqdakı qızcığazın süd qoxulu nəfəsini duyunca yumşalacaq, kövrələcək, özü də uşaqlaşacaqdı...Sonra qızcığaz bir az böyüyəcək, iməkləyəcək, danışacaq, nağıl istəyəcəkdi atasından. Döyüş yolunu, Ordumuzun gücünü, igidlərimizin hünərini, birliyini, düşməni necə məhv etdiklərini nağıl edəcəkdi övladına. Həmin nağıl çox maraqlı gələcəkdi qızcığaza.Təkrar-təkrar dinləmək istəyəcəkdi. Bəs necə? Axı bu nağılda şəri məhv edən cəngavərlərdən biri onun atası olacaqdı. O, fəxr edəcəkdi atası ilə. Bapbalaca qollarını qəhrəmanının boynuna dolayıb düymə dodaqları ilə onun yanağından öpəcəkdi. "Mənim atam dünyanın ən güclü atasıdır" deyəcəkdi...
Döyüş bitdi. Ordumuz qalib oldu. Torpaqlarımız işğaldan azad edildi. Amma Ağaqardaş gəlmədi. Gələ bilmədi. Lakin Vətən boyda sevgi göndərdi evinə, elinə obasına... Şərəf dolu xatirələrini hədiyyə etdi sevdiklərinə. Özü isə Vətən torpağına qarışdı, Vətən oldu... O vətən torpağından yeni bir nəfəs qalxdı, yeni bir ümid göyərdi, yeni bir həyat başladı. Bir qız göz açdı dünyaya: İlknur Ağaqardaş qızı Abbasova...
Xoş gəldin, körpə İlknur!
Xoş gəldin, şəhid Ağaqardaşın yadigarı!
Qalib ölkənin vətəndaşı olmağa, xoş gəldin!"
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1
Ailəsinə səbr versin.