80-ci illərin ən məhsuldar aktrisası idi, bəzən 2-3 filmə eyni vaxtda çəkilirdi. Yalta, Tacikistan, İran kinostudiyalarının filmlərinə çəkilib. 500-dən çox filmin dublyajı və səsləndirilməsində iştirak edib, 50-yə yaxın filmdə çəkilib. O, “Retro” kinozalının aparıcısı idi. “Nalçikdən gəlirdik, qabaqda Həmidə Ömərova ilə əyləşmişdik. Soruşdum ki, Həmidə, dünya gözəli ola-ola niyə ailə qurmursan? Əli ilə arxada əyləşən anasını göstərdi: “Onu görürsən? Ondan soruş ki, Nalçikdə nə işin var?. 😀Həmidə hara gedirdisə, anası tək buraxmır, onunla gedirdi,” - Tariyel Qasımov.
Həmidə Ömərova yaxınlarına köməyi, mərhəməti ilə də seçilir. O, şəkər xəstəsi olan qohumuna kirayə ev tutmuşdu, dərmanlarını alır, ərzaq verirdi. Həmidə Ömərova həm də hekayələr yazıb.
Aktrisa Xalq artisti adını aldığı günlərdə yaddaşını itirən anasını itirir. O, sonra anasını tapır. Lakin elə kədərlənir ki, Xalq artisti adını almasının sevincini dada bilmir.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев