” dueti ilə tanınan müğənni Nərminə Məmmədovanın (1929-1997) doğum günüdür. İxtisasca şərqşünas olan Sinan Səid dövlət televiziyasında işləyən dostlarının xahişi ilə Kərkük mahnılarını lentə yazdırmalı olur. Lakin duet oxumaq üçün istədiyi səsi tapa bilmir. 1963-cü ildə televiziyanın koridorundan keçərkən xorda oxuyan gənc qızın səsini eşidir və necə ilhama gəlirsə, dueti yazdıracağına qərar verir. Beləcə, "Evlərinin dalı yonca" mahnısı lentə alınır. Nərminə müasiri olan bütün məşhur bəstəkarların – Cahangir Cahangirovun, Tofiq Quliyevin, Əşrəf Abbasovun, Ağabacı Rzayevanın, Ramiz Mustafayevin, Andrey Babayevin, Qənbər Hüseynlinin, Səid Rüstəmovun mahnılarını ifa edib. Oxuduğu "Pıçıldaşın ləpələr", "Ay işığında", "Qərənfil", "İlk xatirələr", "Hardasan yar", "Alagöz", "Sirrimi bilmədin…" , "Habelə", "Aman ovçu", "Nar-nar" böyük məşhurluq qazanmışdı.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев