Mən bir az cəld idim, amma Fərhad kök idi deyə, yerindən qalxana kimi axşam olurdu. Mən durub qaçırdım, baxırdıq ki, o, hələ oturduğu yerdə vurnuxur. 5-6 dubl... Rejissor Əlisəttar Atakişiyev gördü ki, bu, ləng tərpənir, hirsləndi, nə təhər gəlib şappıltı ilə Fərhadın üzünə bir şapalaq ilişdirdisə.... Fərhad əsəbindən əlindəki ipi qırdı, Əlisəttar müəllimi də itələyib, qaçdı küçəyə... Təsəvvür edin: Leninqradda gecələr süd kimi bəmbəyaz olur. İndi çıxmışam mən də bunun ardınca cağırıram... Gecənin qaranlığında ayağında çarıq, əynində də çuxa... baş alıb gedir. Görənlər də mat-məəttəl baxır ki, gecənin bir aləmi bu uşaq hardan qaçıb belə?! Güclə qaytardım onu."
Zakirə Zakirqızı.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев