"Dağlı" sözünün tayfa adı olması haqqında fikir mövcuddur.Məlum məsələdir ki, tayfa tarixdə bir neçə qəbilənin birləşməsinə deyilir. Məlumdur ki, Xızı tarixən beş mahala bölünmüşdür. Xızı-Bərmək ,Gəmşər, Gədi , Goxan və Quşçu. Bu ərazidə məskunlaşan aborigen (yerli ) əhali el içində "kuhneşinan" adlanırdı. "Dağlılar" mənasını verən bu ifadəyə ilk olaraq Xaqani Şirvaninin əsərlərində rast gəlinir. Sasanilərin və abbasi xəlifələrinin şöhrətli Bərməki nəslindən olan vəzirlərinin şərəfinə dağlılar "bərməki " adlandırıldı. Bu günədək "bərməki " və "dağlı " etnonimlərinin hər ikisi işlənməkdədir.
P.S. Bir sıra insanlar belə bir fikir yürüdürlər ki, 1956-cı ildə Xızı rayonu dağılandan sonra buradan Bakıya köçən əhalini şəhər camaatından fərqləndirməkdən ötrü dağlı sözü işlədilirdi.Fikrimcə bu tamamilə yanlış bir fikirdir.Əgər beləydisə onda 1956-cı ildən əvvəlki dövrdə burada yaşayanlar necə adlanırdı ?
P.P.S. Son zamanlar Xızı ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı üzə çıxarılan maddi-mədəniyyət nümunələri, kurqanlar bu ərazidə hələ qədim dövrlərdən yaşayış olduğunu sübuta yetirdi. Burada incə bir məqama toxunmaq istərdim. Tariximizdə kurqanlardan istifadə olunması və tayfaların meydana gəlməsinin erkən tunc dövrünə aid olmasını nəzərə alsaq burada yaşayışın ən azından 5000 ildən artıqdır ki, davam etdiyinin şahidi olarıq.Bundan əlavə Dağlıların tayfa olması haqqında söylənilən fikirə şübhəmiz qalmaz.Çünki Tunc dövrünə aid əldə olunan dəlillər göz qarşısındadır.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1