13 mart 1927-ci il, Batumi — 12 aprel 2013-cü il, Bakı
O, təkcə bir filmin uğuru ilə Bakıya həmişəlik bağlandı. 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qaldı.
Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub.
M.Şaşiqoğlu teatr səhnələrində Don Quan (A.S.Puşkin "Kiçik tragediyalar"), Sirano (E.Rostan "Sirano de Bercerak"), Kreont (Q.Qauptman "Antiqo-solntsa"), kinoda Zakir "Telefonçu qız", Rakov "Beş künc" , Məcnun "Leyli və Məcnun", Mixaylo "Uzaq sahillərdə", kimi obrazları yaradıb.
2003-cü ildən M.Şaşiq-oğlu S.Vurğun adına Rus Dram teatrına qayıdıb və teatrımızın səhnəsində Sorin (A.P.Çexov "Qağayı"), Kral Lir (U.Şekspir "Kral Lir") obrazları parlaq ifa edib.
Allah unudulmaz sənətkara rəhmət eləsin! Ruhu şad olsun!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 48